Qripin hər fəsildə özünü göstərə biləcəyi məlumdur. Lakin qış aylarında hava şəraiti, qapalı məkanlar və havasızlıq ilə əlaqədar olaraq bu virus özünü daha çox biruzə verir. Qripdən qorumağın əsas yolu gigiyena və qidalanmadır. Milli.Az İslam.az-a istinadən bildirir ki, xəstəlikdən qorunmaq üçün ilk növbədə tərkibində bol, əsasən də, A, C, E vitaminləri ilə zəngin olan qidalardan faydalanmaq, səhər yeməklərinə xüsusi diqqət yetirməyə və yeni sıxılmış təbii meyvə şirələrindən istifadə etməyə çalışmaq lazımdır.Qida rasionundan ət və ət məhsulları ,yumurta,müxtəlif meyvə-tərəvəzlər, süd və süd məhsullarını əskik etməməyiniz, gün boyu bol maye qəbul etmək, idmanla məşğul olmaq, fast-food yeməkləri yerinə kalorili yeməklərə, eyni zamanda müxtəlif şorbalara üstünluk verməyiniz məsəhət görülür. İmmunitetinizi möhkəmləndirmək üçün hər gün eyni vaxtda yatıb-durmağa çalışın. Yatmamışdan əvvəl isə otağın havası mütləq dəyişdirilməlidir. Bu orqanizm üçün xeyirli olmaqla bərabər, evdə olan viruslarınməhv olmasına gətirib çıxaracaqdır. Qrip insanlar arasında asqırma, öskürmə vasitəsilə asanlıqla yayıla bilər. Ona görə də qripə yoluxmuş insanlar xüsusi maskalardan istifadə etməlidirlər. Qrip zamanı əlləri tez-tez yumaq, qab-qacağı ayırmaq, birdəfəlik salfetlərdən istifadə etmək, asqırma və öskürmə zamanı ağzı əllə və ya salfetlə tutmaq və ən önəmli amillərdən olan məkanın havasını tez-tez dəyişmək lazımdır. Ümumiyyətlə isə qrip virusuna yoluxmuş insanların evdə müalicə almaları məsləhət görülür.Xəstəlik üç gündən artıq davam edərsə və yaxşılaşma hiss olunmazsa, mütləq həkimə müraciət etməyiniz tövsiyə olunur. Əks təqdirdə xəstəliyin daha ağır formaya keçməsi istisna olunmur.