Qadin.NET / Yağları əritmək üçün 5 koktey

Yağları əritmək üçün 5 koktey

Yağları əridən kokteyllər arıtq kilolardan qurtulmaq üçün yaxşı vasitədir. Onlar metabolizmi tezləşdirir, aclıq hissini yatırır, orqanizmi vitamin və minerallarla zənginləşdirir. Milli.Az Rusiya mətbuatına istinadən evdə hazırlanması çox asan olan 5 kokteylin reseptini təqdim edir.

Birinci resept
Tərkibi:
1 kivi 
2 dilim limon 
7 budaq nanə 
7 budaq cəfəri
100 ml su
bal - zövqə və istəyə görə
Kivini təmizləyib xırdalayın, blenderə yığın. Limon, göyərti və suyu əlavə edib, yaxşıca qarışdırın. Qarışdıran kimi için. 
İkinci resept 
Ekzotik meyvələri xoşlayanlar ananas və qreypfrut dadlı kokteyli bəyənəcəklər. Bu məhsullar boranı tumu ilə birlikdə əla piy əridir.

Tərkibi: 
1/4 əd. qreyprut 
4 dilim ananas
250 ml qatıq 
30 q boranı tumu
30 ml kokos yağı
Qreypfrut və ananası təmizləyin, dilimləyib xırdalayın, blenderə yığın.
Meyvələrə qatıq, boranı tumu, kokos yağı əlavə edərək yaxşıca qarışdırın. 
Üçüncü resept 
Təcili arıqlamalısınız? "Ağır artilleriya"nı işə salın: qatıq, darçın və istiot sizə kömək olar. Türş süd məhsulları həzm sisteminin işini yaxşılaşdırır, ədviyyatlar isə kaloriləri tez yandırır. 
Tərkibi: 
250 ml qatıq 
1 çimdik qırmızı istiot 
0,5 ç.q. zəncəfil
0,5 ç.q. darçın
Bütün inqredientləri blenderdə qarışdırın. Hazır olan kimi için. Ən yaxşısı yuxudan əvvəl qəbul etməkdir.

Dördüncü resept  
Əgər pəhriz saxlayan zaman könlünüzə şirin bir şey yemək düşürsə, o zaman "təhlükəsiz" və faydalı kokteyl hazırlayın.
Tərkibi: 
250 ml su
1 ç.q. bal 
1 ç.q. alma sirkəsi 
1 budaq darçın
Suyu bal və sirkə ilə qarışdırın, darçın əlavə edin. Bu kokteyli günün əvvəlində içsəniz, daha yaxşı olar. 
Beşinci resept
Ən yaxşı yağ əridənlərdən biri də kərəviz hesab olunur. Həmçinin o, kokteyl və smuzilərdə digər ərzaqlarla, məsələn, alma yaxşı uyuşur. 
Tərkibi: 
200 q kərəviz 
2 alma 
0,5 laymın şirəsi
100 ml su
0,5 st. buz
Kərəviz budaqlarını doğrayın, blenderə yığın, təmizlənib xırdalanmış alma və laym şirəsi əlavə edib çalın.
Su əlavə edib yenə çalın. Sonra buz əlavə edin. Buz əvəzinə əlavə 100 ml su əlavə edə bilərsiniz.
Sağlam olun!

Mənbə: Milli.Az

29 sentyabr 2013
GO BACK