Qadin.NET / Azərbaycan rəssamın müəmmalı və sirli həyatı: Bakıda ilk "Mersedes"i o sürüb

Azərbaycan rəssamın müəmmalı və sirli həyatı: Bakıda ilk "Mersedes"i o sürüb

 

Milli.Az modern.az-a istinadən Bakı İncəsənət Mərkəzində əsərləri yoxa çıxan rəssam Əşrəf Muradoğlunun faciəvi həyatı və oğurlanan əsərlər barədə araşdırmasını təqdim edir. Hamı ona həsədlə baxırdı...1950-ci illərin Bakısı... Şəhər müharibə xofundan yeni ayılır. İnsanlar təzə-təzə özlərinə gəlməyə başlayırlar. Bu onilliyin sonunda Bakının qədim küçələrində bir qrup rəssamın doluşduğu “Mersedes” markalı maşın o yandan bu yana şütüyürdü. Maşındakı rəssamların daxili azadlığı, gəncliklərini biruzə verən şıltaqlıqları hamını maraqlandırırdı. Uşaqlar hər dəfə öz küçələrindən bu maşının keçməsini arzulayardılar. Böyükləri isə maşından daha çox onun qəribə sahibi maraqlandırırdı. Bu, özünün xüsusi saç düzümü və fizionomiyası ilə  seçilən rəssam Əşrəf Muradoğlu idi. O vaxt hamı ona həsədlə baxırdı. Sank-Peterburqda Repin adına Memarlıq, Heykəltərşlıq və Rəssamlıq İnsitutunu bititən Əşrəf Muradoğlu dövrünün qayğısız gənclik simvoluna çevrilmişdi. Lakin heç kim bilmirdi ki, bu qayğısız modern gənclik simvolu olan, ən yeni kostyumları geyib, ən bahalı maşında gəzən rəssamı gələcəkdə hansı acı tale gözləyir.. Sevdiyi qızı qaçırdılar, və o, ölənə qədər evlənmədi...Hər şey də elə buradan başladı. Rəssam köhnə Bakının o vaxtkı gənc qızlarının hamısının diqqətini cəlb etmişdi. O, həm hamıdan fərqli vizual görünüşü, həm əsil-nəcabəti, həm də qeyri-adiliyi ilə əksər xanımların diqqətini özünə çəkirdi. Qərb modernliyini köhnə Şərq şəhərinə calaq edən rəssamın qeyri-adiliyi də xanımların diqqətindən yayınmazdı. Ancaq o, yalnız bir xanımı sevdi. Sevil adlı bu xanım rəssamın yeganə sevgi mənbəyi oldu. İmkanlı ailənin oğlu olmasına baxmayaraq, başqa xanımlara maraq göstəmir və bu sevgisini də ürəyində gəzdirirdi. Nəhayət, yalnız 4 ildən sonra Sevilə məktub yazır: “Dörd il bundan qabaq mən sizi ilk dəfə gördüm, sizə uzaqdan baxdım, yaxınlaşmağa ürək etmədim. Sizinlə danışmağa cəsarətim çatmadı”. Amma tele öz işini görür. Əşrəf Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyarkən  sevdiyi xanımı qaçırırlar. Bu olay onu psixoloji cəhətdən çox sarsıdır. Rəssam ömrünün sonuna qədər evlənmir. Bahalı kostyumdan dərviş qiyafəsinə...Əşrəf Muradoğlu 1925-ci ildə Bakıda anadan olub. Ailəsi imkanına görə seçilən ailələrdən idi. Uşaqlığı və yeniyetməliyi qayğılardan kənar keçib. Hətta o tələbə vaxtı fırça ilə işləyərkən həmin fırçanı öz bahalı kostyumlarının qolu ilə silərdi. Bu da uşaqlığından miras qalan şıltaqlıqdan irəli gəlirdi. Amma zaman keçdikcə Əşrəfin həyatı da dəyişir, qiyafələri də...
Azərbaycan rəssamın müəmmalı və sirli həyatı: Bakıda ilk "Mersedes"i o sürüb

1947-54-cü illərdə Rusiyada tələbə ikən tətillərdə Bakıya gəlir və sifarişlər qəbul edir. Dostlarının xatirələrinə görə, o, ən çox sifariş alan rəssam idi. Sifarişlərinə də əyləncə naminə yanaşar, çox enerji sərf etmədən gözəl rəsmlər çəkirdi. Qazandığı pulları isə o zaman artıq kasıblamış ailəsinə və rənglərə sərf edərdi. O istəsəydi, varlı ola bilərdi. Artıq şəhərdə tanınır və sifarişləri artırdı. Amma o artıq imkanlı ailənin şıltaq oğlu deyildi. Öz yolunu, özünü tapmaq istəyən kamilliyə gedən dərviş libaslı bir insan idi. Rənglərin içində ev.... Yandırılmış tablolar və polis dəyənəyi...

 

 1960-70-ci illərin ən önəmli rəssamlarından olan avanqard sənətkar Əşrəf Muradoğlu bu ərəfələrdə hamıdan qaçaraq, öz rəng dünyasında yaşayırdı. Tərkidünya bir insan idi. Heç kim tərəfindən nə özü,  nə də əsərləri qəbul olunurdu. Çoxusu tam fərqli üslubda, ayrı dünyagörüşün, ayrı fantaziyanın məhsulu olan bu əsərləri anlamırdı və elə buna görə də rəssam demək olar ki, bütün sənət olaylarından təcrid olunmuşdu. Amma o öz yolundan dönmürdü. Sanki onu  anlamayanların acığına əsərlərini bir az da  mücərrədləşdirirdi. Əsərlərinin hamısında tablonun yuxarı hissəsində boşluqlar saxlayırdı. Əvvəlcə, ilk nəzər salanda bu anlaşılmır, amma sonradan başa düşürdün ki, rəssam burda məhz sonsuzluğu əks etdirib. Əsərin kompozisiyası məhz kosmosa gedib dirənir. Onun “Ata və oğul”, “Şeypurçalan” tablolarında bu daha qabarıq əks olunur. Amma bu təbii ki, bəzi insanlar tərəfindən anlaşılmırdı. O öz emalatxanasında rəngləri ilə bərabər yaşayırdı. Heç kimin diqqətini çəkməyən, qazanc gətirməyən avanqard portretlər isə rəssamın yaxın adamlarını qıcıqlandırırdı. Bu qıcıqlanma onun digər sənət yoldaşlarında da o qədər çox idi ki, rəssamın hər əsərini gülünclə qarşılayarlar. 1997-cu ildə rəssam öz emalatxana-evində tək-tənha öləndən sonra qonşusu ora köçdü, evin içində nə var idisə, hamısını çölə atdı, tabloları isə yandırdı.  Əslində onu tərkidünya edən bir səbəb də var. Küçələrin birində polis  tərəfindən döyüləndən sonra xəstəxanaya düşür. Xəstəxanadan qayıdır və artıq həminki rəssam olmur. Tərkidünyalığa varır. Elə bu tərkidünyalıq içində öz yolunu tapır. Kiçik həcmli emalatxanada ömrünün sonuna qədər yaşayır.

Mənbə: Milli.Az

27 sentyabr 2013
GO BACK