Qadin.NET / Sensasiyalı açıqlama: xanımlar, sizi belə aldadırlar

Sensasiyalı açıqlama: xanımlar, sizi belə aldadırlar

 

 

Cəmi 15 dəqiqəyə arıqlamaq, zərif vücuda malik olmaq izafi çəkidən qurtulmaq mümkündürmü? Fitnes jurnalları, telekanallardakı proqramlar, mediadakı ekspertlər and-aman edirlər ki, bəli, mümkündür.
Bunun üçün xüsusi təmrinlər kompleksləri, dərman preparatları, vasitələr də satılır.
"Arıqlamaq biznesi" artıq on milyardlarla dolların dövr etdiyi çox gəlirli sahəyə çevrilib.
Çoxsaylı ekspertlər də israrla bəyan edirlər ki, çox qısa müddətə arıqlamaq realdır: sadəcə, bunun üçün xüsusi təmrinlər yerinə yetirilməli, preparatlardan istifadə olunmalı, pəhriz saxlanmalıdır və s.
Fəqət, bütün bu iddiaların yalan olduğu bildirilir.
Milli.Az The Huffington Post-a istinadən bildirir ki, düynanın ən məşhur fitnes təlimatçı-ekspretlərindən biri, avstraliyalı Melani Ventura "qısa müddətdə arıqlamaq kurs"larının, xüsusilə də "Əvvəllər belə idi, indi belə oldu" tipli fotoların yalan olduğunu yazıb.
Melani Ventura bloqunda bildirib ki, izafi çəkidən qurtulmaqla bağlı "dramatik dəyişikllikər"dən bəhs edən fotoları cəmi bir neçə dəqiqəyə çəkmək olar.
"Əsas məsələ fotonun çəkildiyi zamanı işıq-kölgə münasibətlərini yaxşı bilmək, habelə bədəni daha arıq göstərən geyim seçməkdir. Başqa fəndlər da var", - Ventura yazıb.
Ventura sözlərini çəkdiyi fotoları müşayiət edib.
İki fotonun çəkildiyi vaxt arasında cəmi 15 dəqiqəlik fasilə var.
Qadının ilk fotosundakı vücudu ilə ikinci fotodakı görkəmi arasında ciddi fərq var: ikinci fotoda qadın daha arıq görünür.
Halbuki qadın arıqlamayıb: Ventura onu daha arıq göstərmək üçün bəhs etdiyi fəndlərdən yararlanıb.
"İlk foto yaxşı səhər yeməyindən sonra çəkilib. Həmin fotoda əməlli-başlı qarnım var. Bədənim daha böyük görünsün deyə, al qırmızı bikinidəyəm. Üzümün ətli görünməsi üçün saçlarımı arxadan yığmışam.
İkinci fotoda bikininin aşağısını qara rəngdə seçdim, üstəlik süni "qaralma" kremindən yararlandım.
Saçlarımı açdım, dikdaban ayaqqabı geyindim. Daha sonra Adobe Photoshop-da fotonu xüsusi manipulyasiya filtrlərindən keçirdim. Bu minvalla daha arıq göründüm.
Fitnes və "arıqlama kursları"nın reklamlarının hamısında belə fəndlərdən yararlanırlar. Sürətlə arıqlamaqla bağlı jurnallarda, telekanallarda və İnstagram-da yayılan fotolara inanmağa dəyməz", - Ventura yazıb.
Mənbə: Milli.Az

2 sentyabr 2013
GO BACK