Qadin.NET / Qarabağda qanunsuz fəaliyyətlə məşğul olan xarici şirkətlərin adları açıqlandı

Qarabağda qanunsuz fəaliyyətlə məşğul olan xarici şirkətlərin adları açıqlandı

 

Qarabağda qanunsuz fəaliyyətlə məşğul olan xarici şirkətlərin adları açıqlandı

 

Ermənistanla sərhəd bölgəsində zəngin qızıl  yataqlarında qanunsuz  fəaliyyət daha da artıb 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Ermənistanın işğalçılıq siyasəti və həmin ərazilərində ermənilərin törətdiyi talançılıq əməllərini daim araşdıraraq həqiqəti ortalığa  çıxarmağa çalışır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırmalar nəticəsində  bir sıra  əcnəbi şirkətlərin  işğal bölgəsində  fəaliyyəti ilə bağlı məlumatlar əldə edilib.

Ermənilər  işğal etdikləri ərazilərdən qiymətli təbii sərvətləri istismar etməyə hələ  90-cı illərin sonundan başlayıblar. Son dövrlər Ermənistanla sərhəd bölgəsində zəngin qızıl  yataqlarında  qanunsuz  fəaliyyət daha da artıb. Qarabağdakı  separatçı rejimin rəhbərləri Ermənistan mətbuatına verdiyi açıqlamada dağ filiz  sənayesinin perspektivli  olduğunu bildiriblər. Ermənistan Azərbaycan ərazilərində  bu qanunsuz hərəkətlərini davam etdirərək bəzi xarici şirkətləri bu işə cəlb edə bilib. Əldə olunan məlumatlara əsasən,  Avstraliyanın “İnternational  Base Metals Limited” şirkəti qanunsuz olaraq Azərbaycan ərazilərində ermənilərlə iş birliyi yaradıblar. İşğalçı ermənilərlə sövdələşən  bu şirkət işğal olunmuş Azərbaycan ərazilərində  qeyri-qanuni fəaliyyətini davam etdirərək bu təbii ehtiyatları Avropa bazarına çıxarmağa çalışır. Bu  da Ermənistan tərəfindən beynəlxalq səviyyəli növbəti hüquqa zidd addımlarından biridir. Kanadanın “First Dynastry Mines” şirkəti də belə qanunsuz fəaliyyətlə məşğuldur.

Mənbə: Lent.az

2 sentyabr 2013
GO BACK