Qadin.NET / Yedəkləmə üzrə rekordçu minik avtomobili

Yedəkləmə üzrə rekordçu minik avtomobili

Nissan Patrol yolsuzluq maşını ən ağır obyekti yedəkləməyi bacarmış seriya model kimi Ginnesin rekordlar kitabına düşdü. Patrol 170,9 ton (metr sistemində 155 ton) ağırlığında tam yüklənmiş və yanacaqla doldurulmuş IL-76 yük təyyarəsini arxasınca 50 metrdən artıq məsafəyə çəkib apara bilib. Rekord Birləşmiş Ərəb Əmirliklərində Şarca şəhərinin aeroportunda müəyyən edilib.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, rekordu qırmaq üçün Patrol-un aldığı yeganə yenilik yedək ilməsi olub. Qalan heç bir şeydə yolsuzluq avomobilində heç bir yenilik olmayıb. O, yeddi diapazonlu avtomat ötürmə qutusu və 400-güclü 5,6 litrlik V8 standart benzin mühərriki ilə təchiz edilib.
2007-ci ildə V10 dizel mühərrikiylə Volkswagen Touareg yolsuzluq avtomobili ilə təyin edilmiş əvvəlki rekord Patrol tərəfindən 15 tondan çox yaxşılaşdırıb. Alman modeli o zaman yedəyinə 155 tonluq (metr sistemində 140 ton) Boeing 747 təyyarəsini almışdı. O zaman şinlərin yerlə birləşməsini kifayət dərəcədə təmin etmək üçün Tuareq-ə 4345 kiloqram əlavə yük yükləmək lazım olmuşdu.
Mənbə: Milli.Az

26 avqust 2013
GO BACK