Qadin.NET / Bakıda "Təmiz hava": yoxlama gedir

Bakıda "Təmiz hava": yoxlama gedir

 

 

Bu gün "Təmiz hava" aylığı çərçivəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbi Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə ARDNŞ-in Təhlükəsizlik İdarəsinin qarajında reyd keçirilib.
Trend-in məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib ki, bugünkü tədbir zamanı avtomobil təsərrüfatında olan nəqliyyat vasitələri müasir texniki vasitələrlə reys qabağı yoxlanılacaq və onların mühərriklərinin ixrac etdiyi dəm qazının tərkibi öyrəniləcəkdir: "Yalnız bundan sonra həmin avtomobilin yol hərəkətində istismarına qərar veriləcəkdir".
V.Əsədovun sözlərinə görə, mühərrikində normadan artıq dəm qazı olan avtomobilin sürücüsünə inzibati qaydada protokol yazılacaq, istismarı qadağan olunacaq, saz olduqda isə istismarına icazə veriləcəkdir.
V.Əsədov onu da əlavə edib ki, avqustun 1-dən bugünədək Bakı şəhərində iri avtomobil təsərrüfatı olan müəssisələrdə yol polisi və Ekologiya Nazirliyi baxış keçirib və 168-dən artıq avtomobil istismara buraxılmayaraq inzibati qaydada məsuliyyətə cəlb edilib.
Sonra qarajda olan avtomobillər müasir texniki cihazlar vasitəsi ilə reysqabağı yoxlanılıb və onların mühərriklərinin ixrac etdiyi dəm qazının tərkibi öyrənilib. Keçirilmiş yoxlamaların nəticələrinə əsasən, mühərriklərində normadan artıq zərərli maddələr olan 6 nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılıb və sürücüləri inzibati qaydada məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, avqustun 1-dən 31-dək nəqliyyat vasitələrindən atılan zərərli qazlarla atmosferin çirklənməsinin qarşısının alınması və buna nəzarətin gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkədə "Təmiz hava" aylığı keçirir.
Mənbə: Milli.Az

14 avqust 2013
GO BACK