Koreyanın Samsung Electronics şirkəti Galaxy xəttinə aid yeni qurğusunun təqdimatına dəvətlər göndərməyə başlayıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Galaxy Note 3 cihazının nümayiş etdiriləcəyi gözlənilir və onun təqdimatı sentyabrın 4-də Berlində keçiriləcək IFA2013 sərgisi çərçivəsində planlaşdırılıb.
Xatırladaq ki, ötən il Samsung şirkəti IFA 2012 çərçivəsində Galaxy Note 2 qurğusunu təqdim edib. IFA sərgisinə gəlincə, onun əsas hissəsi sentyabrın 6-dan 11-dək Berlində keçiriləcək.
Mənbə: Milli.Az