Qadin.NET / Ev şəraitində koronavirusa yoluxma riski nəqliyyatda olduğundan daha yüksəkdir

Ev şəraitində koronavirusa yoluxma riski nəqliyyatda olduğundan daha yüksəkdir

 Ailədə, ev şəraitində koronavirusa yoluxma riski ictimai nəqliyyatda və ya ofisdə olduğundan daha yüksəkdir.
Qadin.Net bildirir ki, REN TV-nin məlumatına görə, çinli alimlər apardıqları araşdırma zamanı belə qənaətə gəliblər.
Tədqiqat zamanı elm adamları 1178 xəstədən alınan məlumatları analiz ediblər.
Məlum olub ki, COVID-19-a ən az yoluxma şansı bütün lazımi tədbirlərin tətbiq olunduğu tibb müəssisələrindədir.
Mütəxəssislər təmas nə qədər yaxın olarsa, infeksiyaya yoluxma şansının daha yüksək olduğunu bildiriblər. Bu səbəbdən özünütəcrid rejimində eyni ailənin bir neçə üzvündə koronavirus aşkar edilib.
O da bildirilir ki, yoluxmuş biri ilə eyni evdə yaşamaq xəstəliyin ötürmə ehtimalını hər gün 10 faiz artırır.

3 dekabr 2020
GO BACK