Qadin.NET / Azərbaycan Ordusu düşmənin Xankəndi istiqamətində hərəkət edən hərbi kolonunu məhv edib - RƏSMİ

Azərbaycan Ordusu düşmənin Xankəndi istiqamətində hərəkət edən hərbi kolonunu məhv edib - RƏSMİ

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib.

Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb və kolonda olan hərbi texnika yanıb.

7 noyabr 2020
GO BACK