Rusiyadakı “Vektor” Elmi-Tədqiqat Mərkəzi tərəfindən hazırlanan COVID-19 peyvəndi 2020-ci ilin sonunda və ya 2021-ci ilin əvvəlində kütləvi istehsala hazır olacaq.
Bunu “Rossiya 24” kanalına müsahibəsində mərkəzin laboratoriya müdiri İlnaz İmatdinov deyib.
Onun sözlərinə görə, dərman xəstəliyi keçirmiş insanlar üçün də lazım olacaq. Çünki COVID-19 anticisimləri orqanizmdə cəmi bir neçə ay qalır.