Azərbaycanda daha 497 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.
Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 testi pozitiv çıxmış səkkiz nəfər vəfat edib, daha 645 nəfər isə koronavirusdan sağalıb.
Bu gün ərzində ümumilikdə 9263 test icra olunub.