Qadin.NET / Türk general komandanlarını toplayıb Ermənistana ULTİMATUM yolladı

Türk general komandanlarını toplayıb Ermənistana ULTİMATUM yolladı

“Bu pusquda boğulacaq və gördükləri işin cavabını mütləq verəcəklər”.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovla rəsmi görüşündə deyib.
Ermənistanın Azərbaycanla sərhədinin Tovuz rayonu istiqamətində 12 iyuldan etibarən həyata keçirdiyi təxribat haqqında danışan türk nazir bildirib ki, Azərbaycanın kədəri Türkiyənin kədəridir: “Azərbaycanlı qardaşlarımıza başsağlığı veririk. Qanlarının yerdə buraxılmayacağından əmin olduğumuzu ifadə etmək istəyirəm. Azərbaycanın Tovuz bölgəsində gerçəkləşdirilən hücumu şiddətlə qınayırıq. Orada yaşadığınız bütün ağrıların burada çox dərin şəkildə hiss edildiyini hamınızın bilməsini istəyirəm”.
H.Akar qeyd edib ki, Dağlıq Qarabağ heç bir hüquqi səbəb olmadan və qanunazidd şəkildə işğal olunub, bu, Türkiyə üçün qəbuledilməzdir: “Qəbul etməyimizin mümkün olmadığını hər platformada söylədik, söyləməyə də davam edəcəyik. Bu mövzuda azərbaycanlı qardaşlarımızın, igid insanların verəcəyi bütün mübarizələrdə onlarla birgə olduğumuzu cənab prezidentimiz başda olmaqla, Türkiyədə hərbi və mülki hər kəs ifadə edir, bütün xalqımız bu duyğu və düşüncəni paylaşır. Buna bütün qəlbimizlə inanırıq ki, biz iki dövlət, bir millətik. Dilimiz, dinimiz, tariximiz, anlayışımız birdir, bərabərdir. Kədərdə və qürurda birlikdəyik. Cənab prezidentimizin ilk andan etibarən ifadə etdiyi kimi, bu, həqiqətən də, ermənilərin boyundan böyük təşəbbüsdür”.

Nazir vurğulayıb ki, Türkiyə Respublikası və Türkiyə Silahlı Qüvvələri əlindən gələn nə varsa, etməyə davam edəcək: “Bundan kimsənin şübhəsi olmasın!”.

Qeyd edək ki, görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Quru Qoşunları komandanı Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal da iştirak edib

17 iyul 2020
GO BACK