Qadin.NET / Super Dünyalar

Super Dünyalar

Super Dünyalar

Astronomiya alimləri uzun müddətdən bəri planet sistemimizi araşdırır. Bir planetin yaranma prosesinin anlaşılması üçün digər bir planet sisteminin xüsusiyyətləri öyrənilirdi ki, bu haqda da çox az bilgimiz var idi.

Ancaq vəziyyət dəyişməyə başladı. 2009-cu ildə fəaliyyətə başlayan NASA-nın Kepler kosmik teleskopu kainatın kiçik bir hissəsinə fokuslanaraq başqa ulduzların ətrafında dövr edən 4000-dən çox planeti kəşf etdi.

Keplerin verdiyi məlumatlardan aydın olur ki, kiçik planetlərin sayı böyüklərdən daha çoxdur. Ən çox rastlanan qrup isə Yer kürəsindən biraz böyük olan Neptundan kiçik "super dünyalar" qrupudur.

Caltech Texniki İnstitutundan Heather Knutson: "Super Dünyaların qalaktikamızdakı ən çox yayılmış planet növü olmasına baxmayaraq onların quruluşu haqqında məlumatımız yox dərəcəsindədir." deyib

Super Dünyalar

Bu barədə müxtəlif fikirlər irəli sürülmüşdür. Bu super dünyalar həm atmosferi olan quru səthindən ibarət, həm də hidrogen və helyumdan ibarət mərkəzində qayalıq nüvənin olduğu mini Neptun ola bilərlər. Bəlkə də su və buxardan ibarət atmosferlərinin altında suyun da mövcud olduğu bərk zəminlər mövcuddur

Bu planetlər belə müxtəlif quruluşlu ola bilər. "Onları düşünmək, eyni zamanda planetlərin necə yaranmağı ilə əlaqədar sualları cavablandırmaq üçün qısa yol yaradacaqdır" deyir Knutson. Məsələn, cazibə qüvvələri ilə qatı maddənin birləşməsi və planetdən uzaq hissələrin suyun donacağı temperaturda olması planet yaranarkən təsirli ola bilər. Tanıdığımız super dünyaların çoxu planetlərinə olduqca yaxındır. Bu ulduzların ətrafındakı suya sahib olan planetlərin kəşf edilməyi onların ulduzların ətrafında yarandığını yaxud həmin ulduz sistemindən kənarda yaranıb, sonradan ulduza yaxınlaşmağını izah edə bilər.

Knutson və tələbələri ekzoplanetlərlə əlaqədar məlumat toplamaq üçün Hubble və Spitzer teleskoplarından faydalanmağa çalışırlar. Məsələn, bir planetin atmosferindəki qazları müəyyən etmək üçün atmosferdən süzülüb bizə qədər gələn ulduz işığına baxmağa çalışırlar. Geegen atmosferindəki qazlar işığın müəyyən dalğa boyunu keçirir. Bu da qazları müəyyən etməyə imkan verir. İndiyə qədər bir çox planet bu texnika ilə tədqiq olunub. Müşahidələrdə "isti Yupiter" kimi bilinən qazdan ibarət planetlərin su, karbon monooksid, hidrogen, helium, karbondioksid və az miqdarda metandan ibarət olduğu müəyyən olundu. Ancaq 100-lərlə super Dünyadan hələ heç birinin atmosferi tədqiq olunmayıb. Bunun da ən böyük səbəbi ulduzlardan gələn işığın çox güclü olmasıdır.

Soyuq planet

İlk super Dünya atmosferik tədqiqatı GJ 1214b planetində aparılıb. Kütləsi və radiusu bilindiyindən sıxlığına baxaraq planetin quru səthinin olmadığı nəticəsi əldə olundu. Buna qarşılıq səthində suyun mövcudluğu və qalın bir atmosferə sahib olmağı da sıxlığının səbəbi ola bilər.

Harvard-Smithsonian Astrofizika Mərkəzindəki astronomların izlədiyi GJ 1214b Hubble-ın tədqiq etdiyi ilk planet idi, ancaq nəticə tam bir fiasko oldu. 2009-cu ildə kəşf olunan planetin atmosferindən gələn işığın spektrində hər hansı bir molekulun izinə rast gəlinmədi. Daha sonra Chicago Universitetindəki araşdırmaçıların dəstəyi ilə vəziyyətin planeti çevrələyən qalın buluddan qaynaqlandığı nəticəsi əldə olundu.

"Planetdə bulud olduğunu görmək həyəcanlı olsa da, buludların tərkibinin araşdırılması daha önəmlidir" deyir Knutson. Knutson və komandası daha sonra isə Aslan bürcündəki HD 97658b planetini araşdırdı. Həmin planetin ulduzun qarşısından keçərkən atmosferindən süzülən işığına infra-qırmızı spektrdə baxmaq üçün Hubble Teleskopundan istifadə etdi.

Super Dünyalar

İlk nəticələr yenə fiasko oldu. Bu planet də buludlarla örtülü idi. Buna baxmayaraq Knutsona görə planetin atmosferində hidrogen olmaya bilər. Belə bir atmosferdə az miqdarda su molekulu ola bilər. O, "Əlimizdəki məlumatlar atmosferdəki hidrogenin mövcudluğu haqqında izah vermir. Bəlkə də qarşıdakı bir neçə il ərzində daha yaxşı müşahidələrlə planetdəki sirri aça bilərik." deyə açıqlama verdi

Knutson və komandası gələcəkdə daha aydın müşahidələr edə biləcək. 2017-ci ildə fəaliyyətə başlayacaq olan Keplerin varisi K2 teleskopu və Keçid Planetlərinin Müşahidəsi Çalışması (TESS) kimi yeni vasitələr bu işi asanlaşdıracaq.

Hətta 2018-ci ildə kosmosa göndəriləcək James Webb Uzay Teleskopu vasitəsilə Dünya bənzəri planetlər də kəşf müşahidə olunacaq.

Coşqun Şirinov

28 noyabr 2014
GO BACK