Qadin.NET / Qara dəliklər (2)

Qara dəliklər (2)

Qara dəliklər (2)

Bundan əvvəlki məqaləmizdə qara dəliklər haqqında məlumat vermişdik. Qara dəliklərdə işığın (yəni hər hansı cisim-ulduz, planet və ya başqa kosmik cisim) bu dəliklər tərəfindən udulduğu yerə hadisə üfüqü və ya horizonu (event horizon) deyilir. İşıq da daxil olmaqla heç bir maddə bu sərhəddi keçdikdən sonra bir daha oradan çıxa bilməz. Qara dəliyə düşən cisim bütöv halda deyil fəzanın əyilməsi sayəsində maddə halında hərəkət edir. Bu, insan və ya bərk bir cisim olsa belə nəticə dəyişməz.

Qara dəlik necə yaranır?

Qara dəliklər yaranma mənbələrinə görə ulduz qara dəlikləri, ilkin qara dəliklər, orta kütləli qara dəliklər və super kütləli qara dəliklərə bölünür.

 Ulduz qara dəlikləri - Adından da göründüyü kimi bu qara dəliklər ulduzlarla əlaqəlidir. Ulduzlar həyatları boyu fusion reaksiyaları (ərimə reaksiyası) vasitəsilə hidrogen kimi zəif elementləri dəmir kimi ağır elementlərə çevirir. Bu elementlər cəzbetmə qüvvəsi vasitəsilə ulduzun mərkəzinə doğru çəkilməklə bərabər, həm də itələmə qüvvəsi vasitəsilə xaric olunur. Ancaq bütün zəif elementlər enerjiyə çevrildikdən sonra ulduzdakı cəzbetmə, yəni kütlə çəkim qüvvəsi itələmə qüvvəsinə üstün gəlir və ulduz öz mərkəzinə doğru çökür. Bir çox ulduz bu hadisədən sonra "ağ cırtdan"-lara çevrilər. Ancaq daha böyük ulduzlar-Günəşdən 15 dəfə ağır ulduzlar həyatlarını sonlandırarkən sürətli nüvə büzülməsi keçirərək təxminən 8 km diametrli, 1016 qram/sm³ sıxlığında qara dəliyə çevrilirlər.

 

Qara dəliklər (2)

Qara dəlikdən maddə və ya fotonun qaça bilməyi üçün onun sürəti işıq sürətindən böyük olmalıdır. İşıq sürətindən daha böyük bir sürət hələ ki, kəşf edilmədiyindən bu hadisə bizə müəmmalı olaraq qalır. "Qara dəliyə düşən maddə artıq başqa bir kainatdadır". Bu fikir bizə maddənin kainatdan kənara çıxdığını söyləmir. Sadəcə olaraq maddə ilə artıq əlaqəmiz kəsilmişdir.

Qara dəliklərdə çox güclü cazibə qüvvəsi olduğunu bilirik. Qalaktikaların mərkəzlərindəki qara dəliklər ətrafdakı ulduzlardan komponentlər qopararaq toplanma diski yaradır. Bu toplanma diskindəki maddələr isə bir müddət sonra qara dəlik tərəfindən udulur.

 

Qara dəliklər (2)

M-82 qalaktikasının X-şüa teleskopundan görünüşü. Mərkəzdə görünən qırmızı rəng qara dəlikdən çıxan X şüasıdır.

 

    Orta kütləli qara dəliklər də ətrafındakı ulduzların maddələrindən bəslənərək həyatlarını davam etdirirlər. Əvvəlcə ətrafındakı ulduzun xarici təbəqəsini daha sonra isə daxili təbəqəsini sovurur. Bu zaman isə ətrafında toplanma diski yaradır.

Orta kütləli qara dəliklərə daha bir nümunə. Şəkildə göstərilən parlaq cisim ESO 243-49 qalaktikasıdır. Dairəyə alınmış cisim isə HLX-1 qara dəliyidir. Bu qara dəlik 2004-cü ildə göndərdiyi ultra radiasiya şüası ilə ilk dəfə görünmüşdü. Ancaq həmin vaxtlar onun qara dəlik olduğu bilinmirdi. 2009-cu ildə isə rəsmən qara dəlik olduğu elan olunmuşdur.
Coşqun Şirinov
19 iyul 2014
GO BACK