Qadin.NET / Evdə işləyərkən daha məhsuldar olmaq üçün...

Evdə işləyərkən daha məhsuldar olmaq üçün...

 

1. İnsanlara məşğul olduğunuzu deməkdən çəkinməyin

Bir çox insan evdə işləmək xüsusi rejimə ehtiyac olduğunu bilmir. Buna görə də, evdə işləyənlərin həmişə rahat, boş və azad olduğunu düşünə bilirlər. Ona görə də, günlük müəyyənləşdirdiyiniz iş saatlarında məşğul olduğunuzu deməkdən çəkinməyin.

 

Evdə işləyərkən daha məhsuldar olmaq üçün...

 

 

2. İzolasiya olunmuş məkan yaradın

Evdə işləməyin ən çətin tərəfi isti yatağa və ya divana uzanmamaq üçün mübarizə aparmaqdır. Buna görə də, evdə işləyərkən iradənizi sınağa çəkməyən məkan yaradın. Evdə evin rahatlığından uzaq kiçik ofis yaradın. 

Evdə işləyərkən daha məhsuldar olmaq üçün...

 

 

3. Masanızın üstündə lazımsız əşyaları saxlamayın

Masanın üstü nə qədər qarışıq olsa da, diqqətiniz o qədər yayınacaq. Buna görə də, masanızın üstündə az əşya olmasına diqqət edin.

 

Evdə işləyərkən daha məhsuldar olmaq üçün...

 

 

4. Hər səhər oyandıqda ofisə gedirmiş kimi hazırlanın

Əgər səhərləri qəhvə içməyə çox vaxt ayırırsınızsa, sosial mediada çox gəzirsinizsə, bundan xilas olmağın tək yolu hər səhər ofisə gedirmiş kimi hazırlanmaqdır. Beyninizə bunun ciddi iş olduğu mesajını verməlisiniz.

 

Evdə işləyərkən daha məhsuldar olmaq üçün...

 

 

5. Bildirişləri söndürün

Evdə işləyərkən sosial media bildirişlərini səssizə alın. Bunu etməsəniz, diqqətiniz tez-tez dağılacaq.

 

Evdə işləyərkən daha məhsuldar olmaq üçün...

 

 

6. Qısa fasilələr verin

İşiniz nə qədər çox olsa da, qısa fasiləyə çıxın. Eyvana çıxıb dərin nəfəs alın. Havaya çıxmaq zehninizi təmizləyəcək.

 

Evdə işləyərkən daha məhsuldar olmaq üçün...
24 aprel 2019
GO BACK