Ramazan ayında bütün günü ac qalan bədənə bir də hərəkətsizlik əlavə edilsə,maddələr mübadiləsi tamamilə pozula bilər. Ramazanda daha sağlam oruc tutmaq üçün və maddələr mübadiləsini sürətləndirmək üçün bizim bir az hərəkət etməyə diqqət çəkən İdman mütəxəsisi Ayfər Sağlam ,tətbiq ediləcək proqram açıqlayıb:
Ramazan ayında tətbiq ediləsi lazım olan idman proqramı.
İftarda az qida qəbulundan 1 saat sonra 30 dəqiqəlik gəzinti kimi idman həzmi asanlaşdırır, rahatlıq bəxş edir. Sürətli ani və tez qüvvət tələb edən məşqlər yerinə aşağı templi məşqlər seçilməlidir. Qaçış yerinə yüngül gəzinti seçim edilə bilər. Gəzinti zamanı qurtum-qurtum su içməyiniz sizə özünüzü yaxşı hiss etməyinizə kömək edəcək.
Ağır, yağlı və çox qarışıq qidalananda həzmsizlikdən çox güman ki,yuxunuz gəlir və ağırlaşırsınız. Bu vəziyyətdə belə 2 saat sonra təmiz havada gəzinti yatmaqdan daha yaxşıdır. Günlük işlərinizi hər gün davam etdirməyə çalışın. Misal üçün hər yerə yeriyərək getməyə çalışın,lift əvəzinə nərdivanlardan istifadə edin. Əgər oruc tuturam deyib günlük hərəkətlərinizi məhdudlaşdırsanız əzələ itgisilə üzləşə bilərsiniz. Bu da aclıqdan onsuzda maddələr mübadiləsinin yavaşladığı bir vaxtda çəkinizin artmasına səbəb ola bilər.
İmsaka mütləq qalxın və nahar edin. Yumşaq soyutma yumurta sizi bütün günü tox saxladığından naharda yer alsa yaxşı olar. Günlük fəaliyyətdə aktiv olun. İftarda 1-2 dilim çörək, ət və tərəvəz salatı yedikdən sonra mütləq bir saat dincəlin.İstirahət etdikdən həmən sonra təmiz havada 30 dəqiqəlik orta templə gəzintiyə çıxın. Sonra isə meyvə və ya qatıq yeyin.