Pis qoxu necə yox edilir?
Ayaqqabınızda pis qoxu varsa, ayaqqabınızın içinə paket çaylardan qoyun. Bu paketlər pis qoxunu içinə çəkəcək. Əgər ayaqqabınız həm pis qoxulu, həm də yaşdırsa, içinə karbonat ilə düyü qarışığı qoyun. Nəmlik və pis qoxu gedəcək.
Dar ayaqqabını necə genişlətmək olar?
Əgər yeni ayaqqabınız ayağınızı çox sıxırsan, genişlətməyiniz mümkündür. Ayaqqabılarınızın içinə yaş qəzetləri basıb doldurun. Ayaqqabıların qurumasını gözləyin və qəzetləri çıxarın.
Ayaqqabının su keçirməsinin qarşısını necə almaq olar?
Bunu sadəcə bal mumu və fenlə edə bilərsiniz. Bal mumunu ayaqqabınızın hər yerinə yaxşıca yayın. Fenlə bal mumunu əridib görülməyən hala salın. Su keçirməyən ayaqqabınız hazırdır.