Ayağı yaralamayan ayaqqabıları necə seçməli?
Günümüzdə bir çox ayaqqabı formaları istehsal edilsə də, ayaqqabı seçimləri ayağa görə yox, ayaqqabı formasına görə hazırlanmaqdadır. Ayaq problemlərinin yaranmasının başlıca səbəbləri hündür daban və uzun burun ayaqqabılardır.
ABŞ Podiatri Dərnəyinin 2016-cı ilində etdiyi araşdırmalara görə hündür daban geyinən qadınların 73%-i müxtəlif ayaq problemləri ilə qarşılaşdığını bildirən Deniz Yahcı, ayaq problemləri və yaralarının yaranmasında ayaqqabı seçiminin ayrıntılarını bildirdi.
Ayaqqabılar barmaq quruluşunuza uyğun və rahat olmalı
Deniz Yahcı “İstifadə etdiyimiz ayaqqabılar əsasən ayağımızın quruluşuna uyğun deyilsə, ayaq formasını pozulmasına səbəb olur. Xəstələr çox vaxt ayaqlarının ayaqqabının içində rahat olduğunu desələr də, xüsusilə barmaq və sümüklər ayaqqabı içində
İlk olaraq, ayaqqabının barmaq quruluşu ayağımızın barmaq quruluşuna uyğun və rahat olmalıdır. Ayaqqabı ikiyə qatlanacaq qədər elastik olmamalı, sadəcə barmaq hissədən geniş olmalıdır.
Üst dərisi yumşaq və elastik olan ayaqqabılar seçilməli
Ayaqqabıların iç dabanı taxta qədər sərt olmamalıdır. Addım atma anında dabanımızı qorumalıdır. Lakin istifadə edilməsi zəruridirsə, üst dərisi yumşaq və elastik dəridən olmalıdır. Istifadəyə uyğun hündür olmayan ayaqqabı olsa da, istifadə olunan ayaqqabılar mümkün olduğu qədər qısa və ayağın arxa əzələlərinə zərər verməyəcək ölçüdə olmalıdır. Hündür daban ayaqqabı istifadə edən xanımlar mütləq ayaq idmanı etməli və hündür daban ayaqqabının yaratdığı zərəri təyin etməlidir” dedi.