Bu üsuldan daha çox yumurta kimi ərzaqlar üçün də istifadə edilir. Buna səbəb isə bu ərzaqların bundan əvvəlki bişirmə üsulları kimi ağır bişirmə üsullarına qarşı “davamsız” olmasıdır. Mayedə bişirmə üsulunun özü də əsasən üç üsuldan ibarətdir.
1.Az mayedə bişirmə : Balıq, toyuq kimi ərzaqları az maye ilə ( bu maye, su, süd və s. ola bilər) bişirirlər. Bu üsulda mayenin qaynamasına imkan verilməməli və temperaturun mümkün qədər qaynama temperaturuna yaxın dərəcədə qalmasına diqqət edilməlidir.
2. Çox mayedə bişirmə : Bu üsulla balıq və toyuq kimi bütün ərzaqları bişirmək olar. Bu üsulla yemək bişirərkən mayeni ya əvvəl ya da sonra qaynatmalısınız. Maye qaynadıqdan sonra "orta odda bişirmə" üsuluna keçməlisiniz (təqribən 90-95).
3. "Ben mari" ("bain marie") üsulu ilə bişirmə: Bu üsulla yemək bişirmək üçün içində su olan böyük qabın və ya qazanın içərisində kiçik bir qab və ya qazan yerləşdirirlər. Sonra böyük qabı və ya qazanı ocağın üzərinə qoyurlar və kiçik qabın və ya qazanın içərisinə lazim olan ərzağı və ya ərzaqları qoyurlar. Bu üsulla yemək bişirərkən, əsas məsələ bu üsula uyğun qabdan və ya qazandan istifadə etməkdir. Əks halda, bişirmə müddəti uzana bilər. Buna görə də, “ben mari” üsulu ilə yemək bişirərkən dərin qabdan və ya qazandan istifadə etməyin. Əgər qabınız və ya qazanınız dərindirsə, dibinə əlavə qab (məsələn boşqab) qoyun. Yeri gəlmişkən deyək ki, bir çox şiriniyyatları bişirmək üçün də ən yaxşı üsul “ben mari” üsuludur. Mayedə bişirmə üsulu ilə yemək bişirərkən əsasən aşağıdakılara diqqət yetirmək lazımdır. * Mayenin miqdarı əsasən bu mayedə bişirliəcək ərzaqdan "bir iki barmaq" çox olmalıdır (təbii ki, əgər yemək çox mayedə bişiriləcəksə).
* Mayedə yemək bişirəndə əvvəlcə yuxarı odda bişirin. Mayeni bir dəfə qaynatdıqdan sonra isə aşağı oda keçirin.
* Unutmayın ki, maye qaynayana qədər qabın və ya qazanın ağzı bağlı olmalıdır. Bu, enerjiyə və vaxta qənaət etmək üçün də vacibdir.
* Əgər yeməyinizə duz və ya istiot kimi əlavələr edəcəksinizsə, ərzaqları qaba qoymazdan əvvəl edin.
* Ərzaqları suya mümkün qədər aşağı məsafədən atın. Çünki yuxarı məsafədən atsanız, ərzaqlar suda dağıla bilər.