Bağlı qabda bişirmə
Bu üsulla əsasən ət və ət məhsullarını, həmçinin tərəvəz və tərəvəz məhsullarını bişirmək olar. Bu bişirmə üsulunda əsas məqsəd ərzağı yavaş bişirməkdir. Həm maye itkisinin, həm də temperature itkisinin qarşısını almaq üçünqabın ağzını sıx bağlamaq lazımdır. Bişirmə müddəti ərzağın növündən asılı olaraq dəyişə bilər. Bu üsulla yemək bişirərkən əsasən aşağıdakılara diqqət etmək lazımdır.
1. Bişirmə müddəti uzun olduğu üçün bişirmə vaxtı düzgün müəyyən edilməlidir.
2. Çox bişirmə ərzağın rəngini, dadını və iyini dəyişməsinə səbəb olduğu üçün diqqətli olmaq lazımdır.
3. Ərzağın rəngini, dadını və iyini qorumaq üçün ərzağın suyunu da “ qorumaq” çox vacibdir. Ona görə də bu üsulla yemək bişirərkənərzağın suyunu tez-tez yoxlamaq və lazım gəldikdə əlavə etmək lazımdır.
4.Görünən yağları mümkün qədər götürmək lazımdır.
5. Bu üsulla bişən yeməklər üçün yenidən qızdırma üsulu tətbiq etmək doğru deyil.
Kağızda bişirmə
Buxarda bişirmə üsulunda olduğu kimi kağızda bişirmə üsulu da ( bunu başqa cür yağlı kağızda bişirmə üsulu da adlandırırlar) ərzaqların qida dəyərini maksimum dərəcədə mühafizə etmək üçün istifadə edilən bir bişirmə üsuludur.
Digər tərəfdən, bu üsulla bişirilən yeməklərin dadı və ləzzəti ( hətta iyi və ya rəngi də) başqa üsulla bişirilən yeməklərin dadı və ləzzəti ilə müqayisədə daha yaxşı mühafizə olunur. Buna səbəb isə kağızın qidaların hüceyrə toxumalarına ziyan verməməsidir.
Həmçinin, bu üsulla ərzaqlar tamamilə öz sularında bişirlər və beləliklə, həm dadlarını, həm ləzzətlərini, həm iylərini və həm də rənglərini qoruyurlar. Digər tərəfdən, kağız, qidaların tərkibində olan vitaminləridə mühafizə edir. Bu isə ərzaqların qida dəyərini qorumaqla yanaşı, ərzaqların həzmini də asanlaşdırır. Buxarda bişirmə üsulunda olduğu kimi kağızda bişirmə üsulunda da bişirmə müddəti düzgün müəyyən edilməlidir.
Kağızda bişirmə üsulundan istifadə edərkən əsasən aşağıdakılara diqqət etmək lazımdır:
1.Kağızda yemək bişirərkən sobanın temperature 180 dərəcədən çox olmamalıdır.
2. Kağızın sobanın daxili səthi ilə birbaşa təmasının qarşısı alınmalıdır.
3. Kağız sobaya qızma mərhələsində olarkən qoyulmamalıdır.
4. Kağızdan adi sobalarda istifadə etmək mümkün olduğu kimi, mikrodalğalı sobalarda da istifadə etmək olar.
5. Digər tərəfdən, unutmayın ki, kağız bizə təkcə soba qablarından yağlamadan istifadə etməyə imkan vermir, həm də soba qablarının kirlənməsinin qarşısını alır.