Bu üsulla bişirilən yeməklər daha yumuşaq olur. Belə yeməkləri həzm etmək də asandır. Digər tərəfdən, çox yağda bişirilən yeməklər rəngi, dadı və iyi ilə də fərqlənir. Belə yeməkləri süd –un və süd –un tərkibi ilə də bişirmək olar. Yeməkləri bu tərkiblərlə bişirdikdə səthi yüksək istidən qorunmuş olur. Beləliklə, yeməklərin qida dəyərlərindəki itki azalır. Ancaq kartofu bu üsulla bişirmək məsləhət deyil. Çünki kartofu hər hansı tərkiblə “ qarışdırmaq” mümkün olmadığı üçün daha çox yağ çəkir. Bu isə yeməyin qida dəyərinə mənfi təsir göstərir. Digər tərəfdən, yağlılıq faizi yüksək olan ət və ət məhsullarını dab u üsulla bişirmək məsləhət deyil. Çox yağda qızartma üsulunda yağın normal temperaturda olması çox vacibdir. Əgər qızartma bir neçə dəfədən artıq həyata keçiriləcəksə, ilk qızartmadan sonra bir neçə dəfədən artıq həyata keçiriləcəksə, ilk qızartmadan sonra yağın temperature yoxlanılmalıdır. Əgər temperature normaldırsa, onda ikinci qızartmaya keçmək olar. Əgər temperature normal deyilsə, ( indiki vəziyyətdə aşağı) onda yeməyin rəngi də, dadı da, iyi də normal olmaz.
Digər tərəfdən, burada müddət də çox vacibdir. Belə ki, qalın hissləri daha aşağı temperaturda və daha çox vaxtda, nazik hissələri isə daha yuxarı temperaturda və daha az vaxtda bişirmək lazımdır.
Bu üsulla yemək bişirərkən daha çox aşağıdakılara diqqət yetirmək lazımdır.
1.İstifadə edəcəyiniz ərzaq nəm və ya yaşdırsa, əvvəlcə qurudulmalı, daha sonra qızardılmalıdır. Çünki nəm və ya yaş ərzağı yağa atmaq çox təhlükəlidir.
2. İstidafə edəcəyiniz tava(və ya qab) çox yağ və ya ərzaqla doldurulmalıdır.
3. Yağın tüstülənməsinə diqqət yetirilməlidir, çünki yağın tüstülənməsi həm sağlamlıq üçün, həm də yeməyin rəngi, dadı və iyi üçün təhlükəlidir.
4. Normal qızartma temperaturunu 175-195 dərəcə olmalıdır.
5. Bir dəfə çox ərzaq qızartmaq olmaz.
6. Istifade edeceyiniz yag normaya uygun olmalidir.
7. Unutmayın ki, az yağda çox ərzaq qızartdıqda yağın temperaturu asağı düşür, bu isə yeməyin rənginə, dadına, iyinə mənfi təsir göstərir.