Bəzən tərəvəzləri uzun müddət saxlamaq lazım gəlir. Bəs bunun üçün nə etmək lazımdır? Elə isə aşağıdakı yazını nəzərdək keçirək …
Soğan – sərin, hava çəkən, nəmsiz bir yerdə iki aya qədər saxlaya bilərsiniz.
Üzüm yarpağı- limonlu suyun içərisində 2-3 gün soyuducuda saxlamaq olar.
Paxla - plastik soyuducu torbasının içərisində soyuducuda 3-4 gün saxlaya bilərsiniz.
Balqabaq – sərin (10-12C) işıq görməyən nəmsiz yerdə 2-3 ay saxlamaq olar.
Lobya - lobyanı mümkün qədər tez istifadə etmək məsləhətdir. Kağız torbanın içərisində soyuducuda 1-2 gün saxlaya bilərsiniz.
Bibər - heç bir şeyə bükmədən və ya kağız torbanın içərisində soyuducuda bir neçə gün saxlamaq olar. Bibəri plastik soyuducu torbasına qoymaq olmaz.
Pomidor - bir az kal pomidorları kağız torbanın içərisində otaq temperaturunda bir neçə gün saxlayaraq yetişdirə bilərsiniz. Soyuducuda ancaq yetişmiş pomidorları saxlamaq olar.
Yerkökü – yerköküləri uzun müddət saxlamaq üçün yarpaqlarını kəsib plastik soyuducu torbasının içərisinə qoyun. Bu yolla yerkökünü soyuducuda ən azı 2 həftəyə qədər saxlaya bilərsiniz.
Xiyar- heç bir şeyə bükmədən və ya kağız torbanın içərisində soyuducuda 3-4 gün saxlamaq olar.
İspanaq– plastik soyuducu torbasının içərisində soyuducuda 10 gün saxlamaq olar.
Kələm – plastic soyuducu torbasının içərisində soyuducuda 1 həftədən çox saxlamaq olar.
Göbələk – göbələyi ağzı açıq kağız torbanın içərisində soyuducuda bir neçə gün saxlaya bilərsiniz.
Cəfəri – dəstənin ipini açın. Saplaqlarının uclarından bir qədər kəsərək büket şəkilində 2,5 sm hündürlükdə su tökülmüş qaba qoyun. Qabın üstünü plastic soyuducu torbası ilə örtüb soyuducuda saxlayın. Bu yolla cəfərini 1-2 həftə saxlaya bilərsiniz.
Qarğıdalı – qarğıdalını mümkün qədər tez istifadə etmək və ya aldıqdan sonra soyuducuya qoymaq lazımdır. Bu yolla qarğıdalını soyuducuda 1-2 gün saxlamaq olar. Qarğıdalının qabıqlarını bişirməzdən bir neçə dəqiqə əvvəl soymaq lazımdır.
Çuğundur – çuğunduru aldıqdan sonra yarpaqlarını 2,5 -6 sm saxlamaq şərti ilə kəsin ( kök hissəsinə toxunmayın) Bu yolla çuğundur plastic soyuducu torbasının içərisində soyuducuda 2 həftə saxlaya bilərsiniz.
Kartof- sərin (2-10C) hava çəkən, işıq görməyən, nəmsiz yerdə 1 aydan artıq saxlamaq olar. Kartofu soyuducuya qoymayın.
Teze kartof –sərin, hava cəkən, işıq görməyən, nəmsiz bir yerdə bir neçə həftə saxlaya bilərsiniz.
Sarımsaq- sarımsağı sərin, hava cəkən, işıq görməyən, nəmsiz yerdə saxlayın. Digər ərzaqlardan uzaqda olsa, daha yaxşı olar. 4-6 həftə saxlaya bilərsiniz.
Yaşıl sarımsaq- heç bir şeyə bükmədən və ya kağız torbanın içərisində soyuducuda bir neçə gün saxlaya bilərsiniz.
Yaşıl soğan- heç bir şeyə bükmədən və ya kağız torbanın içərisində soyuducuda bir neçə gün saxlaya bilərsiniz.
Turp yarpaqları varsa, qoparın. Sonra bir neçə yerdən deşilmiş plastik soyuducu torbasının içərisinə qoyun. Bu yolla turpu soyuducuda 2-3 həftə saxlamaq olar.