Səhv duruşun nəticələrinə dözmək, yoxsa dik oturmaq? Bu sual duruş səhvliyinizin sağlamlığınıza olan təsirləri üçün soruşulmur. Donqar oturmaq, yəni bükülmüş onurğalar sallanan sinələr mənasını verir.
Kompüter başında işləyərkən, ya da avtomobil istifadə edərkən sinə əzələləri bir müddət sonra çöküşə düşür. Və bu səbəblədə gün ərzindəki donqar oturma meyliniz başlayır. Bu oturuş forması kürək, boyun, bel və çiyin ağrısına yol açır və eyni vaxtda sizi olduğunuzdan daha da stresli edir. Amma pis duruş çiyinlərinizin aşağı çökməsi halında olmur. Əgər oturduğunuz vaxt çiyinləriniz dik olsa da, özünüzü aşagı doğru buraxırsınızsa, bu da sizin üçün səhv oturuşdur. Bu formada oturmaq qısa əzələlərinizin güclənməsinin qarşısını aldığı kimi kilolu olmasanız da alt qarını çölə itələyər və qarınınızın çıxmasına səbəb olur.
Sizin üçün başqa pis xəbər də dikdaban ayaqqabıların duruş formasəna mənfi yol açdığıdır. Modanın və şkafların imtina edilməz parçası olan yüksək dikdaban ayaqqabılar ayaq biləyi əzələlərinizi məcbur edər və arxa qıçlarınıza doğru bu güç tətbiqini davam etdirər. Bu səbəblə də bədən avtomatik olaraq kürəyin irəli doğru dayanmasına səbəb verir. Gedərkən qabağa doğru əyildiyiniz üçün pis duruş səbəbiylə də sinələrdə sallanma meydana gəlir.
Bədəniniz başdan ayağa bir-biriləri ilə zəncirvari əzələlərdən ibarətdir. Əgər bir bölgədə problem varsa, bu digər yerlərə də təsir edir. Sinələlərin sallanmaması üçün 3 mərhələli məlumat veririk. Bunun köməkliyi ilə həm oturuş səhviniz düzələcək, həm də sallanan sinələrinizdə sağollaşacaqsınız.
1. Həmişə dik oturmağa çalışın. Həm iş yerində, evinizdə, həm də avtomobil arxasında oturarkən özünüzə dik oturmağı tez-tez xatırladın. Bu xatırlama köməkliyi ilə bir müddət sonra görəcəksiniz ki, donqar oturma əyriliyiniz azalıb.
- Duruşunuzu tənzimləmək üçün çiyinlərinizi geri və aşağı doğru çəkin.
Çiyin və qulaqlarınız arasında nə qədər boşluq olsa, o qədər də yaxşıdır. Bu duruş formasını mənimsəməyə çalışın.
- Sinənizi yuxarıda tutun.
Sankı görünməz bir iplə sinənizi yuxarı doğru çəkildiyini düşünün.
- Alt qarınınızı içəri doğru sıxın.
Bu hərəkət əvvəlcə çətin gəlsə də, həm duruşunuz düzələr, həm də kürək ağrılarınızın keçməsinə köməkçi olar.
2. Gündəlik olaraq omba məşqi edin.
Bunun üçün kürək üstə uzanın və dizlərinizi yığın. Eyni vaxtda da qollarınızı iki yana açın. Duruşu doğru formada etdikdən sonra ombanızı sıxın və qaldira bildiyiniz qədər yerdən yuxarı qaldırın. Hərəkət edərkən çiyinlərinizin bir xətt üzərində dayanmasına diqqət edin. Bu məşqi edərkən ombanız yuxarıda 5 saniyə gözləyin. Məşqi hər gün 12 təkrarla 2-3 dəfə edin.
3.Evinizdəki bir qapını özünüzə köməkçi seçin və hərəkətə başlayın. Dik durun və qabağa doğru baxın, bir qolunuzu qaldıraraq dirsəyinizi və ovuc içilərini divara yerləşdirin. Dirsəyinizi 90 dərəcə əyərək sinə və çiyinlərinizi qabağa doğru sıxın. Bu hərəkətdə sıxılma hissini yaşamağınız lazımdır. Daha sonra digər qolunuzu qoyun və eyni hərəkəti edin. Tək bir hərəkətin 30 saniyə çəkməsinə diqqət edin və gündə cəmi 4 dəfə edin.