Qadin.NET / Gecə yemək sindromu

Gecə yemək sindromu

"Gecə çətin yuxuya gedirəm və davamlı oyanıram. Oyandıqca da soyuducuya baxır və nə varsa yeyirəm. Davamlı kilo alıram. Nə etməliyəm?" Bu problem təkcə bir dövr, bir neçə gün ortaya çıxır kimi görünsə də, gün ərzində qida istehlakına təsir edir və kilo artımıyla böyük bir problemə çevrilir. Bu vəziyyəti tez-tez təkrarlayırsınızsa, həll yolu tapmağın vaxtı gəlib deməkdir.

Gecə yemək sindromu

Səbəb nə ola bilər?

Gecə yemək sindromu kalori qəbulunu ciddi dərəcədə artıran və bir çox səbəbi ola bilən bir yemək səhvidir. Hormonal və psixoloji problemlər də bu vəziyyətin ortaya çıxmasına səbəb ola bilər. Tam olaraq səbəbi bilinmir, ümumiyyətlə, insülin müqavimətinin çox yüksək olduğu, hipoqliseminin olduğu kəslərdə görülür. Ümumiyyətlə, sıxıntılı, stressli bir dövrdən keçərkən gecə oyanmalar artır.

Əgər:

Gündəlik qida qəbulunun 50%-ni və çoxunu yeməkdən sonra qəbul edirsinizsə,

Səhər ac oyanmırsınızsa,

Yuxu problemləriniz varsa,

Gecə oyandığınızda hər hansı nəsə yeyirsinizsə,

Sirniyyata ehtiyacınız artırsa,

Bu vəziyyət davamlı olmasa da, ara bir olursa,

Çox sürətli və çox qida qəbul edirsinizsə,

                                                                           Kimə müraciət etmək lazımdır?

Bu vəziyyətdə bir mütəxəssisdən və psixoloqdan kömək almaq şərtdir. Bu yoxlanışdan sonra pəhriz köməyi ilə kalori qəbulunu yavaş-yavaş və ən azından kilo artımını dayandıracaq formada etməlisiniz. Arıqlayarkən bunu yavaş-yavaş edin. Bunun tam əksinə etsəniz, yəni çox sürətli arıqlayıb aldığınız bütün kilolardan xilas olmaq istəsəniz, bu dövrdə gün ərzində enerjinizi itirdiyinizdən gecə yenə oyana bilər, yenə özünüzü yemək yeyərkən "tapa" bilərsiniz.

Gecə yemək sindromu

 Mətbəx qapısını bağlamaq problemin həlli deyil!

Bununla əlaqədar yoldaşınızdan, ailənizdən dəstək almağınız lazım ola bilər.

                                                                     Gün ərzindəki toplanmış stress gecə oyanır

Bəzi insanlarda daha çox psixoloji problem yaşayanlar olur, gecə oyandığında soyuducunun yanına getdiyini xatırlasa da, nə yediyini xatırlamır. Bədənimizin dincəldiyi bu saatlarda ona yüklənərək bir miqdarda karbohidrat verib yatmağa davam etmək, əlbəttə ki, bir müddət sonra sağlamlıq problemlərini ortaya çıxaracaq. Bu insanlarda şəkər problemləri, təzyiq problemləri yarana bilər. Əgər sizdə belə problem varsa, tez üstünə düşməyiniz məsləhət görülür.

3 iyun 2015
GO BACK