Qadin.NET / Bu qidaları soyuducuya qoymaq olmaz!

Bu qidaları soyuducuya qoymaq olmaz!

Bütün yeməkləri soyuducuda saxlasaq da, bəzi yeməklərin soyuducunun  xaricində qalması lazım olduğunu da bilməliyik.

Dadlarını, təzəklərini və faydalarını qorumaq üçün soyuducuya qoyulması lazım olan yeməklərə və bu yeməklərin nələrə yaxşı gəldiyinə gəlin birlikdə nəzər salaq .

Bu qidaları soyuducuya qoymaq olmaz!

Maye yağlar

Maye yağlar, xüsusilə də zeytun yağı soyuducuya qoyulmamalıdır. Çünki maye yağlar sıxlaşır və qatılaşır. Maye yağları sərin və qaranlıq yerlərdə mühafizə etmək lazımdır.

Bu qidaları soyuducuya qoymaq olmaz!

Qəhvə

Qəhvəni soyuducuya qoymaq ləzzətini itirməsinə və soyuducudakı digər yeməklərin qoxularını əmməsinə səbəb olur.

Aparılan  araşdırmalar gündə 6 fincan qəhvə içən 55 yaşındakı bir adamın düşünmə potensialının içməyənlərə nisbətlə 6 qat daha çox olduğunu göstərir.

Bundan əlavə qəhvənin bədənə daha çox hərəkət qazandıraraq maddələr mübadiləsinin yağ yandırmasını təmin etdiyi müəyyən edilmişdir. Qəhvəni soyuducu xaricində, hava keçirməyən bir qabda saxlamalıyıq.

Soğan

Soyuducudakı nəm, soğanların yumşalmasına, kiflənməsinə və xarab olmasına  səbəb olur. Soğanı sərin və quru bir yerdə saxlamağınız daha doğru olacaqdır. Ancaq soğanla kartofu bir yerdə yan-yana saxlamaq olmaz, yoxsa ikisi birdən xarab ola bilər.

Soğan sidik kisəsində xərçəngə səbəb ola biləcək zəhərli maddələri əmərək xərçəng riskini azaldır. Xüsusilə siqaret çəkənlər tərəfindən xərçəngdən qorunmaq üçün bol istehlak edilməlidir.

Bu qidaları soyuducuya qoymaq olmaz!

Reyhan

Reyhanı soyuducu yerində yox , soyuq suda saxlamaq daha yaxşı olacaqdır. Reyhan də qəhvə kimi soyuducuya qoyulduğu zaman ətrafındakı yeməklərin qoxusunu əmərək öz ləzzətini itirə bilər.

Reyhan həzmsizliyin qarşısını alır. Çayı dəmlənib içilsə, bağırsaq qazlarını aradan qaldırmağa kömək olur. Sakitləşdirici xüsusiyyətiylə də bədəni rahatlaşdırar. Bir başqa xüsusiyyəti də immunitet sistemini gücləndirərək bədən müqavimətini artırır.

Bu qidaları soyuducuya qoymaq olmaz!

Bal

Əgər balı möhkəmcə bağlanmış bir qabda saxlasaq, sonsuza qədər təzə qala bilər. Bu səbəblə soyuducuya qoymağınıza ehtiyac yoxdur. Soyuducuya qoyduğunuz təqdirdə kristal olaraq şəkərlənəcəkdir. Sərin bir yerdə şüşə qabda saxlamaq ən yaxşısıdır.

Balın faydaları saymaqla bitməz. Qandakı tullantı maddələrini təmizləyər və ürək əzələlərinə gümrahlıq verir. Öskürəyi kəsmə xüsusiyyəti olduqca təsirlidir.

Bu qidaları soyuducuya qoymaq olmaz!

Sarımsaq

Sarımsağı soyuducuda saxlamaq cücərməsinə və xarab olmasına səbəb olur. Nəmsiz və sərin bir mühitdə saxlamaq lazımdır.

Sarımsaq ağ qan hüceyrələri sayını artıraraq immun sistemi və immuniteti gücləndirdiyi üçün xərçəngə qarşı qoruyucudur. Selenyumdan çox zəngin olan sarımsaq bir çox xəstəliyin qarşısının alınmasında təsirlidir. Döş, bağırsaq, mədə xərçənglərinə tutulma riskini azaltdığı kimi bu xəstəliklərin irəliləməsini də yavaşladır.

Xüsusilə, siqaret çəkənlərin gündə bir ədəd sarımsaq çiynəməsi siqaretin zərərli təsirlərini azaldır.

Sarımsaq damarları genişlədərək təzyiqin düşməsinə köməkçi olur və qanın daha sürətli axmasını təmin edir.

Bu qidaları soyuducuya qoymaq olmaz!

Çörək

Çörəklərin təzə qalması üçün soyuducuya qoymaq əslində doğru deyildir. Çörəklər soyuducuda daha sürətli bayatlayırlar. Ancaq dilimlənmiş çörəkləri paket halında soyuducuda 4 günə qədər saxlaya  bilərsiniz.

Bu qidaları soyuducuya qoymaq olmaz!

Pomidor

Soyuq pomidorların yetkinləşmə müddətini dayandırdığı və toxumasının dəyişməsinə səbəb olduğu üçün soyuducuda saxlanmamalıdır.

Bir neçə günlük ehtiyacınızdan artığını almayaraq pomidorları tez istifadə etmək ən yaxşı həll olacaqdır.

Pomidorlar lif baxımından zəngindir, qabıqları  həzmi asanlaşdırır. İçində saxladığı antioksidanlar yaşlanmağı gecikdirir.

Bu qidaları soyuducuya qoymaq olmaz!

Yemiş

Yemişi kəsmədən soyuducuya qoymaq antioksidan xüsusiyyətinin itməsinə səbəb olur. Kəsdikdən sonra soyuducuya qoya bilərsiniz.

Yemişi ümumiyyətlə yeməklərdən sonra yeyirik, ancaq yeməklərdən əvvəl yemiş yeyilərsə, həzm orqanlarını təmizləyir və xəstəlikləri aradan qaldırır. Yemiş çəyirdəklərini qaynadılaraq içildiyində bəlğəm, burun tıxanması kimi tənəffüs yolu narahatlıqlarını aradan qaldırılmasına köməkçi olur.

Bu qidaları soyuducuya qoymaq olmaz!

Ərik, banan, kivi

Bu meyvələrin qətiliklə  soyuducu xaricində saxlanılmasıı lazımdır. Qazetə büküb saxlamaq doğru bir mühafizə üsuludur.

24 may 2015
GO BACK