Qadin.NET / Mətbəx üçün praktik məsləhətlər

Mətbəx üçün praktik məsləhətlər

Mətbəx üçün praktik məsləhətlər

- Yeməyinizi bişirdiniz və altını söndürüb, qapağını üzərinə qoydunuz. Unutmayın, siz altını söndürsəniz belə ocağın istiliyi və bağlanan qapağıyla hələ bişməyə davam edər və  yeməyinizin içindəki ərzaqların yaxşıca yumşalmasına, xəmir kimi olmasına səbəb olar. Qazanı kənara çəkin və soyuyana qədər qapağını açıq saxlayın.

- Yeməyinizin tez soyumasını istəyirsinizsə, dərhal soyuducuya qoymayın. Əvvəl soyuq bir qabın içinə qoyun, sərinləsin, sonra soyuducuya qoyun.

- Yeməyiniz çox duzlu olubsa içinə 1 ədəd böyük kartof atıb bir az qaynadın.

- Şorbanızı çox sulu etmişsinizsə, 1 ədəd kartofu sürtkəcdən keçirib içinə əlavə edin və bir daha qaynadın. 

Mətbəx üçün praktik məsləhətlər

- Yeməyinizə doğrayacağınız tərəvəzləri kiçik doğrayın, həm vitamin itkisini önləyərsiniz, həm də tez bişməsini təmin etmiş olarsınız.

- Kartoflarınız bişərkən qaralmaması üçün 1 şorba qaşığı sirkə əlavə edin. 

- Qızartma edərkən sıçrayan yağlardan qorunmaq üçün üstü ələkli qoruyucu qapaqlardan istifadə edin.

- Artıq qalan yağları yığıb istifadə etməyin. Bir daha istilənən yağda kansoregen maddələr əmələ gəlir.

- Duzlu suda 10 dəqiqə saxlayacağınız badımcanlar həm yağı çox çəkməz, həm də qaralmaz. 

- Toyuğu sobadan çıxarmazdan əvvəl üzərinə duz və şəkərli su sürtsəniz, nar kimi qızarar.

- Kiçik balıqları əvvəl südə batırıb sonra unlayıb qızartmaq onların daha yaxşı qızarmasını təmin edər.

- Çoxları kələm və gül kələmi bişdikdə çıxan qoxudan narahat olur. Bunun üçün bir-iki dilim çörəyi tənzifə büküb qazanın içinə qoysanız,  bütün qoxunu özünə çəkəcək. Bişdikdən sonra qazandan çıxarmaq lazımdır.

Mətbəx üçün praktik məsləhətlər

- Çiyəri əvvəl südün içində saxlayıb, sonra unlayıb qızartsanız, ciyərlər daha ləzzətli olacaq.

- Sosiskanı axar suyun altında daha asan soyarsınız.

- Yeməklərdə sous yerinə yayda pomidoru, qışda isə yayda hazırlayaraq soyuducuda saxladığınız pomidor püresini seçin.

- Pomidorların yumşalmaması üçün onları rütubətsiz və işıqsız bir yerdə saxlamalısınız.

7 aprel 2014
GO BACK