Xüsusilə payız fəslində turşuya hazırlıqlar başlayır, hamı qışa hazırlaşır. Salatlarda və məzələrdə qarışıq olaraq və ya tək başına da yeyilərək sevilən bir daddır. Qış dövrü süfrələrin dad ləzzəti olan turşunun keyfiyyəti və ləzzətlə yeyilməsi üçün bəzi məqamlara diqqət etmək lazımdır. Əvvəlcə duz miqdarı əhəmiyyətlidir. Yaxşı bir turşu etmək üçün duz nisbətinin çox yaxşı nizamlanması lazımdır. Əks halda turşu ya yeyilməyəcək qədər duzlu ya da az duzlu olar. Duz nisbətinin az olması halında isə bakteriyaların törəməsinə və yumşalmağa səbəb ola bilər.
Turşu istehsalında tərəvəzlər 4-5% nisbətindəki duzlu suda turşulaşmağa qoyulur. Tərəvəzlər üzərinə şoraba töküldüyündə tərəvəz və şoraba arasındakı duz nisbəti azalır. Bunun üçün hazırlanacaq şorabada duz nisbəti daha yüksək olmalıdır. Bu səbəbdən duz qatılmalıdır. Şoraba turşusu hazırlanacaq tərəvəzin üzərinə töküldüyü zaman duzun bir qisimi tərəvəzin içərisinə keçir. Beləcə bir neçə gün sonra duz nisbəti 4%-ə və daha aşağı düşər.
Şorabanı necə hazırlamaq lazımdır?
8% duzlu su etmək üçün 80 qr. duz 1 litr suda əridilir. Əgər bir litrdən çox şoraba lazımlıdırsa, suyun hər litri üçün 80 qr duz hesablanır. Əgər duz çəkilmirsə, o zaman 8%-li duzlu su praktik olaraq belə edilə bilər: Suyun hər litri üçün 5 yemək qaşığı duz hesab edilir. 10%-li duzlu su hazırlamaq üçün 100 qr (və ya 6 xörək qaşığı) duz 1 litr suda əridilir. Əgər istəsəniz, turşuya 10% nisbətində sirkə əlavə edə bilərsiniz.
Tərəvəzi necə seçmək lazımdır?
İstifadə edəcəyiniz tərəvəzləri seçərkən sərt, təzə, qabıqlarının parlaq görünüşlü olması və zədələnməmiş olmasına diqqət edin. Tərəvəzlər nə qədər təzə və diri olsa, saxlama müddəti də o qədər artar. Duz olaraq mütləq iri xörək duzundan istifadə edin. Çünki narın duz turşunun qısa zamanda yumşalmasına səbəb olar.
Turşunu turşu halına gəlməsi üçün 18-20° C temperaturda təxminən 4-6 həftə saxlayın. Turşu olduqdan sonra daha sərin bir yerdə saxlamaq lazımdır. Turşunun üzərində ağ, qalın bir pərdə halında maya təbəqəsi meydana gəlsə, bunu təmizləyin.