Qadin.NET / Gümrah oyanmaq üçün 7 məsləhət

Gümrah oyanmaq üçün 7 məsləhət

Gümrah oyanmaq üçün 7 məsləhət

Səhərlər gümrah və daha yaxşı əhval-ruhiyyə ilə oyanmaq hər zaman hər kəsə gərəklidir,amma bu hər səhər mümkün olmur.

Ardındakı məsləhətləri oxuyub faydalana bilərsiniz.
1.Ən əvvəl özünüzün bioloji saatınızı qurun.Yəni,orqanizmi bəlli bir saatda yatıb və bəlli saatda oyanmasına özünüz qərar verin.

2.Arada bir zəng saatınızı dəyişin,daha gözəl melodiyası olan bir saat alın.Yaxud da telefonunuzun zəng çalarına sevdiyiniz bir musiqi qoyun və zəngi yuxudan qalxma saatından 10-15 dəqiqə əvvələ qurun.Zəng çaldığında o dəqiqə qalxmadan əvvəlcə xoş musiqinizi dinləyin.

3.Yuxudan oyandıqda hələ yerinizdən qalxmadan özünüzdə yaxşı əhval ruhiyyə hazırlayın.Belə monoloqları (Axı niyə tez?,Mən nə zaman rahat yatacam,Mən isti yatağımdan qalxmaq istəmirəm,və s.)fikirlərinizə yaxın buraxmayın.Belə halda ən yaxşısı özünüzə bir sıra suallar verməkdir:"Mən nə edim ki,məndə yaxşı əhval yaransın"Sual verdiniz? Cavabladınız? İndi də həyata keçirin.

Bir fincan isti qəhvə ya da pürrəngi çay,sağlam səhər yeməyi,gözəl hava,sevimli geyiminiz Sizi gözləyir.

4.Ən çox sevdiyiniz və Sizdə xoş əhval-ruhiyyə yaradan musiqiləri CD-yə yazdırın,(nəbadə televizoru qoşub ürəkbulandıran xəbərləri dinləyəsiniz)öz səhər musiqinizi özünüz seçmiş olun.


5.Bədəninizi yavaş-yavaş oyandırın.Bunun üçün gözəl bir duş almaq olar.Ya da idman hərəkətləri edin.

6.Səhər yeməyinə xüsusi diqqət edin.Axşamdan qalma yeməyi isidib yeməyin.1 yumurta qaynadın,meyvə yeyin,buterbrod düzəldin,və bilin ki,səhər saat 9-a qədər yediyiniz nə olsa Sizdə köklüyə sabəb olmayacaqdır.

7.Əgər günümüzü kiçik bir həyata bənzətsək,o zaman səhərimiz uşaqlıq çağımız olacaqdır.Ona görə də səhərlər arzulayın,qarşınıza məqsəd qoyun.Günün planını qurun.Bütün bunların sonunda insanlara yaxşılıq etmək fikri ilə yaşayın.
19 fevral 2009
GO BACK