Qadin.NET / QATIQ, AYRAN VƏ SÜZMƏ HAQQINDA

QATIQ, AYRAN VƏ SÜZMƏ HAQQINDA

Qatığı südün mayalanmasından alırlar. Qatıq yağlı və yarımyağlı olmaqla iki qrupa ayrılır. Ən yaxşı qatıq qoyun və camış südündən alınan qatıqdır. Qatıq mədədə öz-özünə həzm olunan yeganə qida maddəsidir.

1. Evdə qatıq çalmaq üçün südü qaynatdıqdan sonra taxta qaşıqla ən azı 15 dəqiqə qarışdıraraq bişirin. Qaşığı aşağıdan yuxarı doğru hərəkət etdirərək qarışdırsanız, qatığınız daha ləzzətli olar. Sonra südü qatıq çalacağınız qaba tökün. bunun üçün polad və ya saxsı qablara üstünlük verin. Emallı qablarda çalınan qatıqlar sulu olur. Süd orta temperaturda olduqda maya kimi hər litr südə bir xörək qaşığı qatıq əlavə edin. Südün səthindəki qaymağa toxunmadan dibindən qarışdırın. Qazanın qapağını yüngülcə aralı qoyaraq buxarın çıxmasına imkan verin və qazanın üstünü parça ilə bürüyün. Yeri gəlmişkən deyək ki, südü mayalayarkən temperatura çox ciddi diqqət yetirmək lazımdır. Çünki süd çox isti olsa, qatıq sulu olar, çox soyuq olsa, maya tutmaz.
2. Qatıqdan uzun müddət istifadə etmək istəyirsinizsə, içindəki suyu atmayın. Qatığın bütün vitamin və minerallarının bu suda olduğunu unutmayın. Digər tərəfdən, bu sudan yeməklərə turş dad vermək üçün də istifadə oluna bilər.
QATIQ, AYRAN VƏ SÜZMƏ HAQQINDA

3. Qatığın suyundakı vitamin və minerallardan istifadə etmək istəyirsinizsə, yeyərkən suyu ilə qarışdıraraq yeyin.
4. Ayranınızın daha ləzzətli və daha köpüklü olmasını istəyirsinizsə, qatığa su ilə birlikdə bir qədər çay sodası əlavə edin. Daha sonra mikser və ya tellə yaxşıca çırpın.
5. Süzməniz turşumuşsa, su əlavə edib, yenidən süzün.
20 iyul 2010
GO BACK