Praktik məsləhətlər haqqında xanımlarımızın əksəriyyətinin məlumatı vardır.Amma bəzən elə məlumatlar da olur ki,
bunları oxuduqdan sonra heyrətlə öz-özümüzə deyirik: "Niyə bu mənim ağlıma gəlməmişdi?"
Qiymənin buzxanada saxlanma qaydası
Çoxumuz qiyməni satın aldıqdan və ya evdə əti maşından keçirib əldə etdikdən sonra soyuducunun buzxanasına ya bir neçə naylon poşet və ya plastik qablar içərisində yerləşdiririk.
Mən sizlərə fərqli bir üsul göstərmək istəyirəm.Bu üsulla çox naylona ehtiyac qalmayacaq.
Qiyməni şəkildə göstərildiyi kimi naylon poşetə qoyun və havasını çıxarın.Sonra qiymənin üstündən mümkün olduqca düz bir təbəqə meydana gələcək şəkildə basdırın.Diqqət edin ki, poşetin içində hava qabarcıqları qalmasın.Bir xətkeş və ya çubuğun köməyi ilə bir istifadəlik kvadratşəkilli qiymələr düzəldin.Bu şəkildə qiyməni buzxanada dondursanız,kiçik qiymə parçası lazım olduqda bu parçalar asanlıqla qırıla bilən halda qalacaqlar.
Yumurta təzəliyi testi
Bəzən yumurtanın təzəliyindən əmin olmaya bilirsiniz.Məsələn,yumurtanı soyuducuya qoymağı unutduğunuz zaman və ya bazardan,dükandan alınan yumurtaları test etmək üçün nələri bilmək lazımdır?
1 günlük yumurta
1 günlük yumurta qırıldığında sarısının şəkli yuvarlaq və düzgündür.Ətrafında şəffaf rəngli yumurta ağından bir halqa və onun da ətrafında yumurta ağından daha incə bir halqa olacaq. Suya qoyulduğunda, yumurta üzməz, dibə batar.
1 həftəlik yumurta
Yumurtanın sarısı yenə düzgündür. Ətrafındakı şəffaf yumurta ağı bir az daha yayılır, amma hələ yuvarlaq şəkildədir. İçindəki hava boşluğu böyüdüyündən, suyun içinə qoyulduğunda,yumurtanın daha enli hissəsi yuxarı doğru qalxar.
2-3 həftəlik yumurta
Yumurtanın sarısı yuvarlaq şəklini itirib, düzləşməyə başlar. Ətrafındakı ağ hissəsi sulanar və qırıldığında yayılar. Belə bir yumurtanın çox yaxşı bişirilməsi gərəkir.Suya qoyulduğunda isə daha enli olan hissəsi suyun səthinə doğru qalxar.
Eləcə də baxa bilərsiniz:
Süfrəni qurmaq bir sənətdir!
Gündəlik yaşayışda praktik biliklər
Əlsilən salfetlərin düzülüş qaydaları
Süfrəni qurmaq bir sənətdir!
Gündəlik yaşayışda praktik biliklər
Əlsilən salfetlərin düzülüş qaydaları