Qadin.NET / Yuxuda öyrənmək

Yuxuda öyrənmək

Yuxuda öyrənmək

Bir ilin təqribən 120 gününü yuxuda keçiririk. Əslində yuxuya sərf etdiyimiz zamandan daha əlverişli şəkildə istifadə etmək üçün bəzi kiçik yöntəmlər var. Yuxuda öyrənmək kimi. Bir insan yuxuda olarkən beyni gündəlik fəaliyyətindən daha aktiv olur və gün ərzində qəbul edilmiş məlumatları daha uzun müddətliyinə yadda saxlamaq üçün hipokampus bölgəsindən korteksə göndərir. Buna paralel olaraq müəyyən bir məlumatı səsyazma ilə və ya qoxu funksiyasını aktiv etməklə yaddaşa əlavə etmək mümkündür.
Bununla bağlı ABŞ-ın Şimal-Qərb Universitetindən elm adamları illər öncə bir təcrübə aparmışdı. Təcrübənin məzmunu belə idi: iştirakçılara 50 müxtəlif şəkil göstərilmiş və bunların nə olduğunu demələri istənilmişdi, bu zaman ekperimentator iştirakçıların səsini yazmışdı. Ardınca yatan iştirakçılara dərin yuxu У™rzindУ™ 50 şəkildən 25-nə aid səs dinlədilmişdi, yuxudan ayılan iştirakçılar yuxuda ikən dinlədilən səsyazma sayəsində bu 25 şəkili digərlərinə nisbətən daha yaxşı xatırlamışdı. Həmçinin, yuxuda ikən iştirakçılar üzərində EEQ testi aparılmış və beyinin ön qismində önəmli dərəcədə hərəkətlilik qeydə alınmışdı.
Qısacası, unutduğunuz, amma öyrənmək istədiyiniz bir məlumatı yadda saxlamaq üçün bunu səsli olaraq oxuyub, ardınca yatarkən səsyazmanızı dinləməniz kifayətdir. Hakslinin “Cəsur yeni dünya” əsərində də insanların beyninə hansısa fikri yeritmək üçün yuxuda ikən dinlədilən səsyazmalardan istifadə edilirdi.


 Hazırladı : Rəşad Axundzadə

22 dekabr 2016
GO BACK