Bütün işlərinizin tökülüb qaldığı bir zamandır və siz hardan başlayım, necə edim deyə qərar verə bilmirsiniz. Lakin tez və ya gec bu işi görməli olduğunuzu bilirsiniz. Belə bir halda olduğunuz olubmu?
Bu veriliş də bitsin dururam, lakin veriliş bitəndən sonra diqqətinizi jurnaldakı yazı çəkir, jurnala baxdıqdan sonra bir şərhlərə də nəzər salım deyirsiniz, ondan sonra bir yaxınlarıma da zəng edim deyirsiniz və beləliklə vaxtınız bir göz qırpımında keçib gedir.
Və beləliklə. saata baxıb artıq günün yarısının keçdiyini görüb özünüzü nə isə etməyə məcbur edirsiniz. Nəticədə isə stress, həvəssizliyin nəticəsində yarım qalan işlər, söz verib, yerinə yetirilməyən vədlər və daimi narahatlıq – səbəb isə yenə də tənbəllik.
Tənbəllik zəiflədir. Öz işlərinizi vaxtında planlaşdırmağı bacarmamağınızdır. Psixoloqlar belə bir vəziyyəti “süründürməcilik” – yəni daima işi sonraya saxlamaq kimi adlandırırlar. Tənbəllikdən fərqli olaraq “süründürməcilik” nə xasiyyət nədə qüsur deyil, bu artıq psixoloji problemdir. Qadın.net tənbəlliyin daşını atmaqda və tənbəllikdən azad olub iş başına keçməkdə sizə kömək olacaq…
Tənbəlliyin səbəbləri müxtəlif ola bilər, psixoloqlar bunun tam olaraq nə ilə əlaqəli olduğunu bilmirlər. Misal üçün, bu hansısa bir işi həll edə bilməmək və yaxud tam olaraq nə edəcəyini, hardan başlamalı olacağını bilməmək qorxusu ilə bağlı ola bilər.
Uğursuzluq qorxusu.
Uğursuzluq qorxusu – hər bir işi sonraya saxlamaq ilə nəticələnə bilər. İnsan öz gücünə əmin olmadıqda və özünə inamsız olduqda görəcəyi iş onun üçün çox çətin və aşa bilməyəcəyi dağ kimi gəlir.
Narazılıq
Daima kimlərinsə narazı qalacağı düşüncəsi insanı iş görməkdən soyudur. O, görəcəyi işin uğursuz olacağını düşünərək vaz keçməyə başlayır. Pis qiymətləndiriləcəyi onu o qədər sarsıldır ki, hətta yaxşı bacardığı bir iş belə onun üçün çox çətin və əl çatmaz görünür. Və bu zaman görəcəyi işdə nəyin vacib olub olmaması artıq onun üçün anlaşılmaz olur. Məsələn, kurs işinə hazırlaşan tələbə mövzunu öyrənməkdənsə, yazının şriftinin dəyişdirilməsinə daha çox vaxt sərf edir.
Daxili müqavimət
Tənbəlliyin bir səbəbi də sizin istəmədiyiniz bir işlə məşğul olmağınız ola bilər. Məsələn, siz uşaqlıqdan arxeoloq olmağı arzulayırdınız, lakin hazırda reklam meneceri işləyirsiniz. Sahib olduğunuz vəzifə əla olsa belə, sizlik olmaya bilər.
Bu kimi bir çox səbəblər insanı ruhdan salıb, tənbəlləşməsinə səbəb ola bilər.
Ardı var…