Hər birimiz vaxtaşırı da olsa, gələcəyimiz, sağlamlığımız, qocalığımız və ölümümüzlə bağlı həyəcana qapılırıq.
- Mən qocalmaqdan qorxuram. Bu
qorxu bir an da olsun məni tərk
etmir. Nə edəcəyimi bilmirəm. Qocalacağam,
nə yeriyə, nə danışa biləcəyəm...
Təbii ki, bütün bu həyəcanlar bədbinliyə səbəb olmamalı,psixoloji gərginliyə, hətta depressiyaya gətirib çıxarmamalıdır.
Əks təqdirdə, gec-tez psixiatra müraciət etmək məcburiyyətində qalarıq.
Əslində qocalmaqdan yox, bizi tədricən ölümə aparan “sistemsiz” həyat tərzindən, xəstəliklərdən və s. ehtiyat etməliyik. Mümkün qədər
gec qocalmaq, sağlam və uzun ömür sürmək üçün gənclik illərimizdən tədbir görməliyik. Bunun üçün düzgün qidalanmalı, stres, alkoqol,
siqaret kimi şeylərdən uzaq olmalı, yuxu rejimimizə diqqət yetirməliyik. Təbii ki, burada vaxtaşırı tibbi müayinələri, çəki, təzyiq,
ürək-damar və s. kimi problemləri də unutmaq olmaz. Bundan başqa, nəslimizdəki irsi xəstəlikləri araşdırmaq və onlardan qorunmaq da
çox vacibdir.
Günəşi görmədiyi üçün ağlayanlar ulduzları da görə bilməzlər. Başqa sözlə, əgər siz günəş doğmamış axşam
batacaq deyə ağlamağa başlasanız, günəşi görməz, üstəlik, ulduzlardan da məhrum olarsınız...
Əgər “qorxunun əcələ faydası yoxdursa”, təbii ki, qocalığa da olmayacaq.
Madam ki, gənclik nə vaxtsa əlimizdən çıxacaq onu qorxu ilə yox, insan kimi yaşamalıyıq. Bir də hər yaşın, hər dövrün öz gözəlliyi
olduğunu unutmamalı, ancaq haradan gəlib haraya getdiyimizi də yaddan çıxarmamalıyıq.
Necə deyərlər,
bu gün üçün yaşa, sabah
üçün xəyal qur, dünəndən öyrən...
Eləcə də baxa bilərsiniz: