Xanımlar bəzi yediyimiz qidalar bizləri qocaltdığını bilirdinizmi ? Bunlar haqqında sizlərə məlumat verəcəyəm və bu qidalardan uzaq durmağınızı tövsiyyə edəcəyəm.
Şəkər: Dəri elastikliyini azaltdığı kimi zülalların da yox olmasına səbəb olan şəkərdən mümkün olduğunca uzaq durun.
Qəhvə: Kafein həzmə yaxşı təsir etsə də, digər tərəfdən həddindən artıq turşu çıxararaq mədəyə zərər verir. Mədə narahatlıqları isə dərinin işıltısını itirməsinə səbəb olur. Dr. Jeannette Graf bu səbəblə gündə iki fincan qəhvədən çox istehlak edilməməsini və mümkünsə orqanik qəhvə ya da double espresso seçilməsini təklif edir.
Qazlı içkilər: Bir qutu Cola içərisində müxtəlif turşular çıxaran maddələrlə birlikdə, 50 mg. fosforik turşu da saxlayır. Fosfor çox təəssüf ki, kalsium anbarı qidaların quruluşçu təsirini yox edir. Bu səbəblə dəridə ləkələr meydana gəlirkən, sümüklərdə isə ərimə müşahidə edilir.
İşlənmiş karbonhidrat: İşlənmiş karbonhidratlı qidalar kimi qidaları yemək vərdişiniz varsa, qan şəkəriniz tez-tez arta bilər və ishal şikayəti ilə həkimə müraciət edə bilərsiniz ki hər iki narahatlıq da dəri sağlamlığınızı mənfi istiqamətdə təsir edəcək.
Marqarin: Nahar və qızartma yağı olaraq süfrələrdə yer verdiyimiz marqarindəki doymuş yağ turşuları dəri hüceyrələrinə zərər verir və bədəndə yağ olaraq yığılır, qısacası kökəldir.
Pizza: Pizzadakı karbonhidrat yağ əriməsinə maneə törədir. Amma həftədə bir dəfə yemək zərər vermir.
Portağal: Hər nə qədər vitamin baxımından yüksək bir meyvə olsa da şəkəri yüksəltməsiylə də məhşurdur. Buna görə sağlam C vitamini ala biləcəyimiz meyvələr alma və limondur.
Dərinizin tez qırışmasına və nəmini itirməsinə səbəb olan turşulu qidalardan uzaq durun.