" Yuxu sağlamlığın qızıl zəncirini bir-birinə bağlayan əsas halqadır." - Thomas Dekker
Əgər sən yatmaq üçün həblərdən istifadə edirsənsə, bir daha düşün. İlk növbədə bu həblərin qəbulu zamanla vərdiş halına çevrilir. Əgər sən insomnia ( yuxu xəstəliyi) xəstəliyindən əziyyət çəkirsənsə, çalış həyat tərzini dəyişəsən. Yuxu saatınızın cədvəlini qurun, evdə və ya idman zalına gedib gündəlik məşqlərlə məşğul olun. Həmçinin otağının atmosferini yuxu şəraitinə uyğun edərək, sən tez yuxuya gedə bilərsən.
Yataq otağını özəlləşdir
Yataq otağına səs düşməməsini nəzərə al. Yatarkən pəncərələri bağlamağı unutma. Yastığı seçərkən diqqətli ol. Bəzi yastıqlar bel və kürək ağrısına səbəb olur. Əgər səndə yuxu xəstəliyi varsa, qaranlıq otaqda yuxuya getmək sənin üçün daha rahat olacaq. Qaranlıqda yuxuya getmək yuxunun keyfiyyətini artırır. Otağın temperaturu yuxunun keyfiyyətinə təsir edən amillərdəndir. İstilik sistemlərinə görə yuxunu keyfiyyəti insandan-insana dəyişir. Amma alimlər verdiyi məlumata görə sərin otaq yuxu üçün ən yaxşı şəraiti yaradır. Otağın səliqəsi də yuxuya təsir edir. Qarışıq və çox əşya olan otaqda yuxunun keyfiyyəti aşağı düşür. Yatarkən başınızın yanındakı stula bir stəkan su qoyun. Su sizin əsəblərinizin sakitləşməsinə kömək edəcək. Mənfi enerjinizi özünə çəkəcək.
Yatmağa yaxın 3 saat ərzində qida qəbul etməməyə çalışın. Həmçinin kafeinli qidalar, spirtli içkilər yuxunuzu qaçıra bilər. Yatmazdan əvvəl banan yaxud alma yemək yuxuya tez getməyinizə səbəb olacaq.
Düzgün yuxu vərdişi yaratmaq
Çalışın hər gün eyni saatda yatağa gedəsiniz. Yatmamışdan əvvəl süd içmək və bal yemək yuxu üçün xeyirlidir. Yatağa getməzdən əvvəl dişlərinizi fırçalamağı unutmayın, xüsusilə süd içmisinisə. Gün ərzində 20 dəqiqədən çox mürgüləməyin. Televizora baxa-baxa yatmayın. Sakit musiqiyə qulaq asmaq yuxuya getməyə kömək edə bilər.
Dərin nəfəs almaq məşqləri edin
Dərindən nəfəs almaq üçün məşqlər edin. Rahat bir yerdə oturun, gözlərinizi yumun və dərindən nəfəs almağa çalışın. 10 dəqiqə ərzində etdiyiniz bu məşq sizə axşam rahat yuxuya getməyə kömək edəcək. İnsanların çətin yuxuya getmələrinin əsas səbəbi, günlük streslərini yatağa daşımaqdır.
Tərcümə edən : Aidə Ustaclı
Mənbə: http://www.buzzle.com/articles/how-to-fall-asleep-fast.html