Qadin.NET / Xorultunun səbəbləri nədir?

Xorultunun səbəbləri nədir?

Xorultunun səbəbləri nədir?

Yüksək səsli xorultu yuxunuzun keyfiyyətini azaltmaqla yanaşı,  ətrafınızdakı insanları narahat edər. Eyni zamanda xorultu bir xəstəliyin göstəricisidir. Xoruldamağın bir çox səbəbi var. Bunlardan bəzilər ciddi olmasa da, bəziləri mütləq diqqət edilməsi lazım olan problemlər ola bilər. 

Yetkin insanların çoxu xorultudan əziyyət çəkir. Boğaz yolun darlaşması xorultunu yaradan səbəblərdəndir. Xorultu səsi yumşaq və eşildilməyəcək qədər də ola bilər. Bəzən xorultu səsi olduqca narahatl edici ola bilər. Artıq çəki də xorultunun səbəbləri siyahısındadır. Artıq piylər boğaz yolunu daralda və xorultuya səbəb ola bilər.

Xorultunun səbəbləri nədir?

Yatdığınız poza da xorultuya səbəb ola bilər. Kürəyi üstdə yatmaq nəfəs aldığınız bölgənin tıxanmasına səbəb olacaqdır. Ən yaxşı yol sağ və ya sol çiyni üstdə yatmaqdır. Bu üsul çox adam da xorultunun qarşısını alır. 

Spirtli içkilər də xorultunun səbəbi ola bilər. Spirtli içkilər sağlamlığa ziyanlı olduğu kimi, xorultuya da səbəb olur. Yuxu vaxtına yaxın spirtli içki qəbul etsəniz, bir o qədər xoruldama ehtimalınız var. 

Xorultunun səbəbləri nədir?

Boğazdakı artıq ətlər xorultu riskini artırır. Həmçinin boğazdakı limfa vəzilərinin şişməsi, xəstəlik əsnasında boğazın şişməsi xorultunun qaynağıdır.

Tənəffüs borusunda olan hər hansı maneə, sizi yuxudan oyatmadan nəfəsi azalda və nəfəsin tamamən kəsilməsinə səbəb ola bilər. Həmin şəxsin yanında heç kim yatmırsa, özü bu vəziyyəti heç cür anlaya bilməz. 

16 yanvar 2017
GO BACK