Əhvalımız iştahamıza təsir edir. Bəzi insanlar kədərli olanda daha çox yemək yeməyə başlayır, digərləri isə iştahadan kəsilir. Əgər siz " stresə girəndə çox yeyirəm" deyənlərdənsinizsə, Fitness kursunun rəhbəri Samantha Claytonun tövsiyələrini diqqətlə oxumalısınız.
Bir siyahı tutun
Etməli olduqlarınızın siyahısını tutmaq, bütün işlərinizi tamamlamağa kömək edəcək. İşlərinizi tamamladıqdan sonra, siyahıya işarə qoyduğunuz zaman özünüzü yaxşı hiss edəcəksiniz, məsuliyyətlərinizi tamamladığınız üçün əlavə stresdən xilas olacaqsınız. Beyniniz başqa işlərlə məşğul olsa da, siyahıdakıları tamamlamağa çalışacaqsınız.
Yemək saatlarınız siyahısını tutun
Yemək vaxtlarının əvvəlcədən plandığınız üçün, atışdırmalıq yemək yeməkdən xilas olacaqsınız. Bazarlıq edərkən, daha çox meyvə və tərəvəz almağa çalışın. Stresli anlarda vücudunuzun lazımlı enerjini əldə etməsi vacibdir.
Yürüşə vaxt ayırın
Evdə və iş yerində sabit yürüş fasilələri planlayın. Yürüş zehinizin təmizlənməsindən əlavə, təmiz hava almanızı və ağlınız başqa şeylərlə məşğul ikən belə, aktiv qalması üçün mükəmməl bir yoldur.
Dostlarınız və ailənizlə vaxt keçirin
Stresli anlarınızda sevdikləriniz vaxt keçirməyiniz, zehninizi problemlərdən uzaq tutmağa kömək edəcək. Bir yerdə oturmaq əvəzinə aktiv vaxt keçirmək sizə çox kömək edəcək. Sevdiklərinizlə vaxt keçirmək, çətin anlarda ehtiyac duyduğunuz dəstəyə də qovuşmağınıza kömək edəcək.
Qeyri-sağlam qidalardan uzaq durun
Şirin qidalardan istifadə etmək, qısa müddətlik yaxşı hiss etməyinizə səbəb ola bilər. Şiriniyyat ani əhvalınızı qaldıra bilər, amma sonra dərin kədərə bürünməyiniz qaçınılmazdır. Proteini zəngin olan, sağlam qidalar qəbul edin.
Duyğusal olaraq özünüzü yaxşı hiss etməyiniz, fiziki mənada da vacibdir. Bu ikisi bir-biri ilə yaxından əlaqəlidir.
Tərcümə edən: Aidə Ustaclı