Qadin.NET / Fərqində olmadan sizi stress edən 11 vərdiş (2)

Fərqində olmadan sizi stress edən 11 vərdiş (2)

7. Axırıncı dəfə özünüzü nə vaxt təriflədiniz?

Qayğı və stressdən qorunmanın bir yolu da öz özünü ruhlandırma olduğunu desək?

Daxilinizdə hər şeyin yoluna girəcəyini təkrarlayın. Hətta güzgünün qarşısına keçib, nə qədər gözəl göründüyünüzü düşünün. Əgər özünüzü gözəl hiss etmirsinizsə, elə isə gözəl hiss etdirəcək işlərin edilməsinin tam vaxtıdır!

İndi bu maddədə oxuduğlarınız sizə megalomanca görünə bilər. Amma uğur qazanmış insanların tək başına bir kənara çəkilib, öz-özünə nə danışdığını sanırdınız?

Fərqində olmadan sizi stress edən 11 vərdiş (2)
8. Yuxu vaxtınızı nizama salmanın vaxtı gəldi!

Saat gecə 12-ni keçdikdən sonra nə vaxt yatırsınız yatın, bilirsiniz ki, özünüzü o yataqla güclə qaldıracaqsınız. Bu da səhərləri daha stressli və üzgün oyanmanıza yol açacaqdır.

Halbuki seriallarınızın yeni hissələrini sabahkı günə təxirə salsanız, televizoru söndürüb, başınızı yastığa qoysanız hər şey nə qədər də huzura qovuşacaqdır.

 Fərqində olmadan sizi stress edən 11 vərdiş (2)

9. Planlı olmaq şərtdir!

Səhər gözünüzü açdığınız andan etibarən bir xaosun içinə düşdüyünüzü düşünmürsünüz? Sanki heç bir şey çatmayacaq və siz də uğursuz olacaqmısınız kimi hiss edirsiniz deyilmi? Elə isə bir sirr verək: ev və iş həyatı arasındakı sıxlıqdan sağ çıxa bilən insanların sirri tamamən planlı olmaq və bu plana sadiq qalmaqdır.

Fərqində olmadan sizi stress edən 11 vərdiş (2)

10. Hər şeyə “bəli” deyirsiniz?

Hər kəsə “bəli” demək sizi nə qədər əldən salır fərqində deyilmisiniz? Qarşınızdakı adamı üzməmək üçün verdiyiniz bu tək kəlməlik cavab əslində həyatınızı gündən-günə daha da çətinə salmırmı?

Bu xəbərdən sonra artıq yeni bir qərar alın və insanların düşüncələrini bir kənara atıb arada bir “xeyr” deməyi öyrənin.

 

11. Telefonunuza yapışmış bir həyat yaşamaq ...

Bu maddənin başlığını oxuyarkən belə daxilinizdə “ bax bu mənəm!” dediyinizi duymuş kimiyik. İnanın telefonunuzu bir saat istifadə etmədiyiniz vaxt dünyanın sonu gəlmir. Tam əksi sosial mediada aktiv bir şəkildə paylaşılan “xoşbəxt” fotolardan bir neçə saatlığına uzaq qaçsanız, “niyə dostlarınız xoşbəxt siz isə bədbəxtiniz” deyə düşünməzsiniz.

18 noyabr 2016
GO BACK