Meksikanın sərt içkisi olan Tekila içkisinin tarixi çox qədimdir. Adı Meksikanın Tequila qəsəbəsindən alır. Bu içkini ilk dəfə Asteklər 16-cı əsrdə Meksikaya gələn İspaniyalı səyyahlardan distillə etmə texnikasını öyrəndikdən sonra kaktusun növü olan Agava bitkisindən hazırlayıblar. Hazırda 100% agavadan hazırlanmış Tekila içsəniz bilin ki, onun dadı acı yox meyvəli və kəskin bir dad olacaq. Tekliada alkoqolun miqdarı 40% – 45% olur. Quru (birbaşa, sek) olaraq və müxtəlif kokteyllərin tərkibində içilir.
Butün Alkoqollu içkilər kimi Tekila da qaldıqca dadı və dəyəri artır. 1-2 ay saxlanmış Tekila “Silver”, 2 aydan 1 ilədək saxlanmış Tekila “Reposado”, bundan daha çox saxlanmış Tekila isə “Anejo” adlandırılır. Tekila nə qədər saxlanmışsa o qədər bahalı olur.
İçində qurd olan Tekila isə kaktusdan hazırlanır. İçindəki qurda “gusano”, qurtlu Tekilaya isə “Mescal” deyilir.
Rəngsiz və açıq qəhvəyi rəngli növləri də olan Tekila, metal və ya şüşə çəlləkdə saxlanılarsa “Blanco” adını alır.
Viski kimi ətirli ağacdan çəlləklərdə saxlanılarsa bu Tekilaya çəlləyin verdiyi ətirə görə “Oro” adı verilir.
Tekilanın içilmə qaydası
– Tekilanın ən məhşur içilmə qaydası limon və duzla shot şəklində (tekila bardağında hamısını başa çəkmək) içməkdir. Sol əlin üstü baş barmaqla işarə barmağı arasındakı hissə limonla isladılır və buraya bir az duz tökülür. Bu duzu yaladıkdan sonra Tekila bir dəfəyə içilir və arxasınca bir dilim limon yeyilir. Hər dəfə içərkən təkrarlanır.
– Eyni maddələri istifadə edərək başqa bir üsuldan da istifadə etmək olar. Tekila bardağının ağzı limonla isladılır və duza batırılır, içinə Tekila tökülür. Əvvəlcə bardağın ağzındakı duz yalanır və Tekila içilir, sonra isə bir dilim limon dilimi ilə içkinin sərtliyini yumuşaltmaq olar.
– Tekila Slammer adlanan üsulda isə shot bardağından biraz uzun viski bardağına bir ölçü Tekila və bir ölçü Tonik əlavə edilir. Bardağın ağzı əl ilə tutulub masaya vurulur və köpükləndirilir. Bundan sonra shot şəklində içilir. Tonik əlavə olunduğu üçün limon və duza ehtiyyac yoxdur.
Bu üsullar Tekilanın sürətli içilmə formalarıdır. Tekilanın dadını yavaş yavaş yudumlayaraq da ala bilərsiniz.
– Tekila öz vətənində ya quru (sek), ya da yanında biraz sangrita ilə birlikdə içilir. Bir bardağa Tekilanı, digər bardağa isə 2 ölçü pomidor suyu, 1 ölçü təzə sıxılmış portağal suyu, ½ ölçü limon suyu, tuz, istiot və acı sousla sangrita hazırlayıb ikisini bərabər yudumlayaraq içə bilərsiniz.
– Yavaş yavaş içilmək şəkllərindən biri də odur ki, əvvəlcə 100% Agave bitkisindən hazırlanmış Tekila seçin. Bir illik olması dadını daha da gözəl edəcəkdir. Bir bardaq Tekilaya az miqdrada Konyak əlavə edərək yavaş yavaş içə bilərsiniz.
Tekila içdikdən sonra çox hərəkət etmək 40-45% faiz alkoqolu olan bu içkinin qana tez qarışmasına səbəb olur. Bu vəziyyət sizi narahat edə bilər. (Baş hərlənməsi, baş ağrısı, ürək bulanması və s.) Buna görə Tekila içdikdən sonra həddindən artıq və qəfil hərəkətlərdən uzaq olmaq lazımdır.
Huseyn bəy İsmayıl