Qadin.NET / Dərin yuxuya getməyin yolları

Dərin yuxuya getməyin yolları

Bunlar asağıdakılardır: 

      1.    Süd için və sıyıq yeyin!-çünki bunların tərkibində triptofan amin turşusu mövcuddur ki,bu da yuxugətirici xüsusiyyətə malikdir.

 

      2.    Rejiminizə diqqət edin!-yatmaqdan 2 saat əvvəl yemək yeməyin,kompyuterdə çalışmayın və idmanla məşqul olmayın.

    

      3.    Otağın temperaturunu sabit saxlayın!-həddən artıq isti və soyuq insanın fikrini yayındırır,səhhətinə zərər verir.19-23 dərəcə əksər insanlar üçün normaldır.

 

      4.    Yatağınızın ölçüsünə diqqət edin!-yatmaq üçün geniş və enli çarpayılardan istifadə etməyə çalışın.

Dərin yuxuya getməyin yolları

     5.    Kompyuterinizi yataq otağına daşımayın!-şüalanma insanın yuxusunu qatmağa səbəb olur ki,bu da yatdığınız vaxt özünüzü yorğun və əzgin hiss etmənizə gətirib çıxarır

     6.    Yuxu dərmanlarına aludə olmayın!-yuxu dərmanları ilə yuxunun ancaq birinci və ikinci fazasını dadmaq olar.Bu isə beynin normal dincəlməsinə şərait yaratmır.

 

      7.    Xoruldamamağa çalışın!-kişilərin əksəriyyəti xoruldayır.Ona görə də bu xüsusiyyət ən çox kişilərə aid edilir.Allergiya,alkoqol,siqaret və artıq çəki xoruldamaya təkanverən faktorlardır.Həmçinin,burun-boğaz yollarındaki fizioloji qüsur da buna səbəb ola bilər.Maska vasitəsi ilə sıxılmış hava verən aparatla bunu müalicə etmək mümkündür.

15 may 2011
GO BACK