Peyin böcəyinin yolu tapa bilməsi
Uzun zaman alimləri düşündürən peyin böcəklərinin arxa-arxaya hərəkət edərək maneəsiz marşurutu necə müəyyən etmələri idi. Müasir dövrdə insanlar GPRS və xəritələrdən istifadə etsələr belə, peyin böcəkləri kimi dəqiq marşrutu müəyyən edə bilmirlər. Əlimizdə bu kimi müasir vasitlər olsa belə, yenə də yolu aza bilmək ehtimalımız az deyil. Bəs peyin böcəkləri bu qədər dəqiqliklə marşrutu necə müəyyən edirlər?
Sən demə peyin böcəkləri istiqaməti atmosferdən axıb gələn işığın sayəsində müəyyən edirmişlər. Gecələr ulduzlar və Aydan əks olunan işığa görə, gündüzlər isə Günəş işığına nəzərən. Bu böcəklərin işığı müəyyən etmə qabiliyyətləri insanlardan qat-qat üstündür. Yəni insan gözünün müəyyən edə bilmədiyi işıq selini peyin böcəkləri çox asanlıqla müəyyən edə bilirlər.
Dəniz atlarının çoxalması
İnsanların əksəriyyəti elə düşünür ki, insan cəmiyyəti kimi digər canlı cəmiyyətlərdə də ananın funksiyası uşaq dünyaya gətirmək və onu yedizdirib böyütməkdir. Amma biz daha geniş şəkildə dünyamızda yaşayan canlılara nəzər yetirsək, canlılarda fərqli ailə quruluşlarını görə bilərik. Klassik ailə yanaşmasını biz əsasən məməlilərdə çox müşahidə edə bilərik. Ancaq kürəmiz sürpizlərlə doludur. Okean sularında yaşayan bu dəniz atları sizi heyrətləndirəcək ailə prinsipləriylə yaşayırlar. Demək, dişi dəniz atı öz yumurtasını erkəyin bədəninə yerləşdirir və gələcək uşaqlarını erkək dünyaya gətirir. Alimlərin düşündüyünə görə erkəyin bu funksiyanı öz üzərinə götürmə səbəbi dişiləri üçün daha cəzbedici olmaları səbəbindəndir.
Cənubi Afrika Resuplikasının (CAR) Yohanesburq məntəqəsinin yaxınlığında Rsing Star mağarasında insana yaxın sayılacaq 15 insanabənzər fosil nümünələri tapmışlar. İlkin qərar olaraq mütəxəssislər düşünürlər ki, bu fosillər neandertallar kimi insana daha yaxın qohum sayıla bilər. Naledi adı qoyulmuş bu fosillər 2 il ərzində gərgin araşdırmanın nəticəsi olmuşdur.