Qadin.NET / Ziyafət qaydaları

Ziyafət qaydaları

Ziyafət qaydaları

Düzgün yerimək, düzgün danışmaq, düz oturmaq və qalxmaq, əllərini zərif bir şəkildə istifadə etmək əslində bir sənətdir. Bəzi qadınlar çox vaxt ayaqlarını sağa-sola sovuraraq ya da bellərini əyərək gəzirlər. Bu vəziyyət estetik baxımdan çox da xoş görülmür. Zərif görünmək və daha xoş bir auraya sahib olmaq üçün baxımlı olmaq və zərafət qaydalarını tətbiq etməyiniz lazımdır. Özündən əmin və özünə inamlı olmaq, jest və mimikalarınız, gözəl gülümsəmək və müsbət enerji yaymaq da zərifliyin qızıl qaydalarından bir neçəsidir. Bu qaydaları sizlər üçün yazdım.

Ziyafət qaydaları

Dik yerimək

Dik və düz yerimək, dik oturmaq qarşınızdakı adama özünə inamlı olduğunuzun mesajını verir. Bədəninizi bir yükmüş kimi daşımaq doğru bir hərəkət deyil. Bədəninizin içində var olan qadını sevərək yerimək və elə davranmaq iş görüşmələrində, şəxsi həyatınızda və ictimai əlaqələrdə sizə müvəffəqiyyət təmin edəcək.

Ziyafət qaydaları

Jest və mimikalar

Danışmağa gözəl bir gülümsəməklə başlamağınız sizə müsbət bal qazandıracaq. Jest və mimikalarınızdan həddindən artıq istifadə etmək qarşınızdakı insanın gözlərini yora bilər. Yerində istifadə olunan jestlər və mimikalar nitqinizi dəstəkləyəcək.

Oturmaq-qalxmaq

Biz qadınların bir yerdə hansısa stul  ya da kresloya oturarkən bəzi tərəddüdlərimiz yaranır. Xüsusilə də mini paltar ya da mini ətək geyindiyimizdə oturuşumuza diqqıt etməliyik. Pis bir vəziyyətlə qarşılaşmamağımız üçün əvvəlcə oturacağımız kreslo ya da stula yaxınlaşmalıyıq. Daha sonra qarşımızdakı adama gövdəmizi dönüb ayaqlarımızı sağa ya da sola azacıq döndürərək oturmalıyıq.

Ziyafət qaydaları

Yerimək

Qadınlar üçün yerimək kişilərdən daha çətindir. Çünki dikdaban ayaqqabılarla getmək hünər tələb edən bir işdir. Gedərkən davamlı olaraq dik dayanmaq və davamlı qarşıya baxmağınız lazımdır. Ayaqlarınızı gedərkən V şəklində tutmamalısınız. Ayaqlarınız qarşıya baxmalıdır.

29 iyun 2015
GO BACK