Corabla yatmaq, corab iplərinin uzun müddət təzyiqi nəticəsində qan dövranına mənfi təsir edir, yəni o bölgədəki qan dövranını pozur. Qan dövranının pozulması ayaqda qaralmalara, dərinin qurumasına və dırnaqlarda şəkil pozuqluqlarına belə səbəb ola bilir.
Bununla bərabər corabla yatağa girmək tərləməyə və ayaqların havasız qalmasına gətirib çıxaracağından ayaqda göbələk infeksiyalarına səbəb olur. Corabla yatmağın ortaya çıxaracağı bir digər problem də ayaqda yarana biləcək ekzamalardır. Corabda qalan yuyucu tozu artıqları nəticəsində allergiyalara səbəb olub ayaqda qaşıntı, qızarma, kəpəklənmə kimi şikayətlər yarada bilir.
Ayrıca dəri də qurumayla birlikdə qaşıntılara səbəb ola bilir. Buna görə gecə yatarkən corabların çıxardılması dəri və ayaq sağlamlığı baxımından son dərəcə əhəmiyyətlidir.
Doğru corab istifadəsi
Ayaqqabını ayağı terlətməyən pambıqlı çorablarla geyilnməli; corablar tez dəyişdirilməli və yuyunduqdan sonra yaxşı durulanmalıdır. Corabda yuyucu tozu artıqları qaldığı təqdirdə qaşıntı yarada bilir.
Dırnaqlar ətə batmayacaq şəkildə düz olaraq kəsilməli, gigiyenik olmayan alətlərlə pedikür edilməməli, ayaqlar yuyunduqdan sonra barmaq araları yaxşıca qurulanmalı və uyğun bir kremlə ayaq kremlənməlidir.
Bu faktorlara diqqət edilməzsə, ayaqda müxtəlif ortopedik xəstəliklərin yanı sıra göbələk, döyənək, ekzema, dırnaq batması, dırnaq infeksiyaları kimi bir çox dermatoloji problemlə qarşılaşmaq mümkündür.
Ayaq sağlamlığı üçün diqqət edilməsi lazım olanlar
Doğru ayaqqabı seçilməlidir. Ayaqqabı ortopedik və ayağı çox tərlədən vəsaitdən olmalıdır. Çox dar ayaqqabılar seçilməməlidir.