Qadin.NET / Ürəklə əlaqədar həqiqətlər

Ürəklə əlaqədar həqiqətlər

Heç ağlımıza gəlməyəcək vəziyyətlərə baxaq, ürək sağlamlığımıza necə təsir edir. Bədənimizin ən əhəmiyyətli orqanlarından biri olan ürək ilə əlaqədar bilmədiyimiz bir çox həqiqətlər var. Bir baxın, yaşadığımız ürək qırıqlıqları daxili həyatımızda sıradan kimi görünən hər şey ürək sağlamlığımıza necə təsir edir.

Ürəklə əlaqədar həqiqətlər

İngilis mütəxəssisləri tərəfindən edilən araşdırmalara görə ürək qırıqlığı infarkt riskini artırır. Hal-hazırda sevdiyimiz adamı itirməyin acısı üçün "Ürək qırıqlığı" təbirini istifadə etsək də bu vəziyyət ürək xəstəliklərinin xəbərçisi ola bilər. Əsasən də 60 yaşdan yuxarı insanlar üçün. Bu vəziyyətlərdə ürək tutmaları keçirmə ehtimalı riskləri olduqca çoxalır. Ürəkdəki sağlamlıq problemlərinin, ürək tutmalarının yalnız fiziki deyil, psixoloji vəziyyətlərə görə də ortaya çıxa biləcəyini mütəxəssislər açıqca xəbərdarlıq edir.

Qadınların ürəyi kişilərin ürəyinə nisbətən daha kiçik olur. Bu da daha az qan pompalanmasına yol açar. Buna baxmayaraq yetkin bir kişinin ürəyi dəqiqədə 70-72 vahid arası təyin olunarkən, qadınların ürəyi kişilərinkindən 10 vahid daha çox atır.

Ürək bədəndəki ən çalışqan orqandır. Dəqiqədə 5 litr qan nasosla vuran ürək edilən məşqlərlə dəqiqədə 25 litrə qədər qan vurur. İnsanın ürəyi ömrü boyunca 2.5 milyard dəfə qanı nasosla vurur.

Ürəklə əlaqədar həqiqətlər

Ağır iş yükü stressə səbəb olur. Bu vəziyyətdə ürək problemləri çixar bilər .Bu risklərdən uzaq durmağa çalışın. Özünüzü işdən sonra təşviq edin və sizi xoşbəxt edəcək şeylərlə məşğul olun. Edilən araşdırmalara görə axşam içdiyiniz bir qədəh şərab ürək çatışmazlığı riskini azaldır. Yalnız bu mövzuda çox yaxşı bir tarazlıq tutmanız lazımdır, çünki spirt qəbulunun çox olması ilə ardından ürək xəstəlikləri gələr.

Xəstəlik nəzarət və qarşısının alınması mərkəzlərinə görə ildə təxminən 380.000 adam ürək xəstəliyinə tutulub ölür. Ürək xəstəlikləri qadın və kişilərdə ən sıx görülən ölüm səbəbi halına gəlib. Bunun qarşısını almaq üçün sağlam bir pəhriz siyahısı tətbiq edib siqaret və spirtdən uzaq duraraq həftədə ortalama 150 dəqiqə məşq etməlisiniz.

Ürəklə əlaqədar həqiqətlər

Qış aylarında istiləri axtarırıq. Əslində bilməliyik ki, soyuq ürək üçün daha xeyirlidir. Soyuqda ürək sürəti və təzyiqi artır. Mövsümünə uyğun geyindikdən sonra soyuqdan qaçmanıza ehtiyac yoxdur.

Ətraf çirkliliyi ürək sağlamlığına birbaşa təsir edir. Hava və ətraf çirkliliyinin ürəyə mənfi təsirlərini nəzərdən qaçırmamağa çalışın. Çirklilik damarlarda laxta meydana gəlməsinə səbəb olur. Edilən araşdırmalara görə ürək, damar və ağciyər xəstələrinin çoxu çirkliliyi çox olan yerlərdə yaşayır. Sağlamlığımız üçün ən vacib olan təmiz havadır.

Ürəklə əlaqədar həqiqətlər

Ürək hər kəsin xəyal etdiyi kimi parlaq bir qırmızı rəngə sahib deyil. Ətrafında ağ sürüşkən bir pərdə vardır. Bu pərdə ürəyi qoruyur.

23 yanvar 2016
GO BACK