Qadin.NET / İnsanlarla başıayaqlıların ortaq cəhəti

İnsanlarla başıayaqlıların ortaq cəhəti

 

İnsanlarla başıayaqlıların ortaq cəhəti

 

İnsanlarla başıayaqlı molyuskların son ortaq əcdadı Yer üzündə 500 milyon il əvvəl yaşayırdı. Lakin təkamül inkişafı bir-birindən xeyli uzaq olan iki növün göz quruluşuna nəzarət edən genin eyni qərarlarına gətirib çıxarmışdır.

Gözlər və qanadlar - təkamülün ən böyük kəşflərindəndir. Bioloqlar artıq uzun müddətdir ki, fərqli siniflərdən olan heyvanların bu xüsusiyyətlərinin parallel, hətta çox oxşar inkişaf etdiyini fərq edirdilər. Nümunə olaraq quşlar və yarasaları qeyd etmək olar, hansılar ki fərqli təkamül cığırlarıyla yol aldıqlarına baxmayaraq, demək olar ki, eyni qanad strukturuna sahibdirlər.

İnsan və kalmarın göz oxşarlığından hər kəs xəbərdar deyil. Axı onurğarlı məməli ilə başıayaqlı molyusk arasında ortaq nə ola bilər? Necə oldu ki, bir-birindən bu qədər uzaq və fərqli canlıların təkamül inkişafı oxşar görmə orqanlarının meydana gəlməsinə səbəb oldu?

Nature Scientific Reports jurnalında dərc edilən məqaləyə əsasən, alimlər insanlar və kalmarlarda oxşar göz quruluşuna cavabdeh olan genin RNT splaysinqini (nukleotid ardıcıllıqlarının RNT molekulundan çıxarılması və "yetkin" molekulda qorunub qalmış ardıcıllıqların birləşməsi prosesi) kəşf etməyə nail olublar. Bütün digər orqanlar kimi, gözlər də müxtəlif genlərin fəaliyyətinin məhsuludur. Bu genlərin əksəriyyəti özündə görmə orqanının hər hansı bir hissəsinin strukturu ilə bağlı informasiya daşıyır. Bir gen işığahəssas piqmentə nəzarət edə bilər, digər bir gen isə kornea təbəqəsinə. Bundan başqa, orqanın hər hansı bir hissəsinin harada və nə vaxt yaradılması və bir yerdə yığılması lazım olduğu ilə bağlı informasiya daşıyan genlər də mövcuddur. Belə mühəndis-genlər əsasən "idarəetmə mərkəzləri" adlandırılır.

 

İnsanlarla başıayaqlıların ortaq cəhəti

 

 

Bu mərkəzlərdən göz quruluşu üçün ən vacib olanı PAX6 genidir, hansına ki bütün görmə bacarığı olan heyvanlarda rast gəlinir. Naqahama Bio-elmlər və Texnologiyalar İnstitutundan olan Atsuşi Oqura və həmkarları tədqiqatda PAX6 geni RNT molekulu splaysinqinin kalmarlar, osminoqlar və mürəkkəb balıqları kimi başıayaqlıların kamera gözlərinin meydana gəlməsində rol oynadığını təsdiq etdilər.

 

Maraqlıdır ki, başıayaqlıların fərqli təkamül yolu keçmələrinə baxmayaraq, eynən belə kamera gözlərə onurğalılar da sahibdir. PAX6 geninin RNT splaysinqi təkamül biosistemləri fəaliyyətinin maraqlı nümunəsi olaraq qarşımıza çıxır. Bu proses bir-birindən müstəqil şəkildə təkamülləşmiş növlərdə praktiki olaraq eyni qərarların verilməsinə səbəb olur.

Həyatın təkamülü

13 fevral 2015
GO BACK