Qadin.NET / Yeni yemək bişirənlərə 6 tövsiyə

Yeni yemək bişirənlərə 6 tövsiyə

Yeni yemək bişirənlərə 6 tövsiyə

                                                             Yemək bişirməyi yeni başlayanlara 6 tövsiyə

Çoxumuz anasının çox bacarıqlı olduğu üçün yemək bişirməklə çox gec tanış oluruq. Daha doğrusu, işi başa düşənə qədər heç vaxt cəhd etmirik. Halbuki, anası işləyən qızlar kiçik yaşda yemək bişirmək məcburiyyətində qaldıqları üçün irəlidə daha ləzzətli yeməklər bişirə bilir. Biz isə iyirmi yaşımızdan sonra universitetə ​​gedincə, evlənincə məcbur olaraq bu işi görürük. Yemək bişirməyin hər zaman bir təcrübə işi olduğuna və doğuşdan gələn bir qabiliyyət ilə birləşdiyinə inanıram. Buna görə də pis yemək bişirən bir qadının irəlidə çox gözəl yeməklər bişirəcəyinə inanmıram. Əgər bir neçə sınağınızda ortaya yaxşı bir şeylər çıxarda bilibsinizsə, bu, ümid var deməkdir. Kədərlənərək deməliyəm ki, pisdirsə, həmişə də belə olaraq qalacaq. Bir müddət sonra etdiyiniz yeməklər bəyənilmədiyi və tənqid olunduğu üçün həvəsiniz itəcək və yemək etmək sizin üçün bir vəzifə halına gələcək. Sevilməyən bir iş kimi bir an əvvəl yeməyi bişirib başa çatdırmaq istəyəcəyiniz üçün heç bir zaman yeməkləriniz ləzzətli olmayacaq. Gələk qabiliyyəti mövcud olan yeni yemək etməyə başlayan və başlayacaq olan xanımlara...

 Yeni yemək bişirənlərə 6 tövsiyə

İnternetdəki resepləri oxumayın.

İnternetdəki reseptlərin çoxu qondarma, ölçüsüz, əsassız, foto şəkildəkiylə əlaqəsiz reseplərdir. Buna görə dəinternetdən baxaraq bişirdiyiniz reseptlər, hələ bir də heç mətbəxə aid məlumatınız və qabiliyyətiniz yoxdursa, yeməyiniz bərbad olacaq. Ancaq tam rahatlıqla saytımızın reseplər bölməsindən yararlana bilərsiniz.

Yemək kitabları

Gördüyünüz hər yemək kitabına güvənməyin. Əgər bir qaynaqdan baxmaq istəyirsinizsə, ən bilinən ustanın keyfiyyətli bir nəşrdən çıxmış kitabını əldə edin. Bir dəfə alın, amma ən yaxşısını alın. Qəzetdə, jurnalda gördüyünüz fotoşəkilli reseplərə etibar etməyin. Reseptə əlavələr, çıxarmaları edə biləcək qədər məlumatınız olmalıdır. Əgər gərəksiz bir ölçü varsa, onu göz qərarı ilə istifadə etməyi öyrənməyiniz lazımdır. Əslində reseplər heç yemək bişirməyi bilməyənlərə görə deyil.

Yeni yemək bişirənlərə 6 tövsiyə
 Böyüklərdən kömək istəyin.

Çəkinməyin və o gün bişirdiyiniz yeməyi ən yaxşı bişirən tanıdığınızdan kömək istəyərək edin. Plovu ən yaxşı ananız edirsə, ananızı, dolmanı ən yaxşı xalanız edirsə, xalanızı axtarın. Kitablar və internet ən son baxacağınız qaynaqlar olsun.

Yeni yemək bişirənlərə 6 tövsiyə
Tökdüyünüzü dərhal yığışdırmaq

Əgər istifadə etdiyiniz vəsaitləri dərhal ortadan qaldırmasanız, yeməyi hazırladıqdan sonra dəzgah üzərində pis bir görünüş ilə qarşılaşa bilərsiniz. Eyni zamanda hərəkət yeriniz daraldığı üçün rahat hərəkət edə bilməz və mətbəxi istifadə edə bilməzsiniz. Ən yaxşısı zamanında tökdüklərinizi yığışdırın.

Yeni yemək bişirənlərə 6 tövsiyə
Mütləq dadına baxın.

Göz qərarı ilə duz və ədviyyat vurmamağa və tamına baxaraq nəzarət etməyə diqqət edin.

16 aprel 2016
GO BACK