Qadin.NET / Vitaminli xörəklər - 6

Vitaminli xörəklər - 6

Vitaminli xörəklər - 6

Natural mətbəxin resepti

Cücərmiş buğda: Dəni təmizləyib yumaq, bir sutka suda saxlamaq, yenidən yumaq, dayaz nimçəyə töküb üstünə nəm qara parça örtmək, daha bir sutka saxlamaq. 2 ml cücərən kimi yemək olar. Belə qida qocalar üçün çox faydalıdır. Çünkü qocaların şirə vəziləri kifayət qədər ferment ifraz etmir.

Meyvəli (şülullu) qoz unu: 100 q qoz ləpəsinin ununu 100-150 q meyvə (şülul) ilə qarışdırmaq. Alma, armud, gavalı, albalı (yaxud şülullar) doğranmalıdır. Bir xörək qaşığı bal yaxud meyvə şəkəri əlavə etmək olar. Belə qidanı quru meyvələrdən də düzəlmək mümkündür: kişmişi, ənciri, armudu, xurmanı islatmaq, əzmək və qoz (fındıq, badam, püstə) ununa qarışdırmaq.

Nisbət: 50q meyvə (şülul) və 10 q qoz unu olmalıdır.

Qoz unu ilə tərəvəz: 100 q qoz (fındıq,badam) ununu 50 q xırda doğranmış aylıq turp, kök, kələm və kartofla qatışdırmaq. Başqa tərəvəzlərdən də istifadə etmək olar: cəfəri kökü, kərəviz kökü, kök, şalğam, illik turp, boranı, kartof.

Çiçəkli qoz unu: Tərəvəz əvəzinə qoz ununa 30 q yeyilən çiçəklər (məsələn, zəncirotu) əlavə etmək mümkündür.

Yeniyetmələr üçün qida: 30 q fındığı (badamı) əzib 30 q isladılmış meyvə qurusu ilə qarışdırın, 3 xörək qaşığı təmizlənmiş bütöv yulaf qatın. Yulafı cücərmiş buğda ilə əvəz etmək olar. 

Vitaminli xörəklər - 6

Qatıqlı meyvə qurusu: 80-100 q meyvə qurusunu 15-20 hissə qatığa (1 hissə meyvəyə 4 hissə qatıq düşür) qatmaq, üstünü örtmək,otaq hərarətində saxlamaq. Bu qida ilə bərabər süfrəyə 5-10 qoz (və ya 10-20 fındıq, badam) da qoymaq olar.

Korrinqton salatı: 100 q təzə almanı (armudu və ya digər meyvəni) xırda doğramaq, üstünə quru meyvə (xurma, ərik), bir ovuc qoz ləpəsi, 1 çay qaşığı bal yaxud bir neçə qaşıq çalınmış qaymaq tökmək.

Qara gavalı ilə qarabaşaq horrası: 12 ədəd qara gavalını 3 x.q suda islatmaq. Ayrıca 2 x.q qarabaşaq dənini 9 saat suya qoymaq, süzmək, dəni qurutmaq, üstünə qara gavalını su qarışıq tökmək. Bir neçə qoz ləpəsi və 1 x.q quşüzümü şirəsi əlavə etmək olar.

Bu cür vitaminli qidalardan müntəzəm istifadə edən adamın dava-dərmana, həkimə ehtiyacı olmur. Belə adam özü özünün həkimidir.

Ərşad Əzimzadə

22 avqust 2014
GO BACK