Qış tərəvəz xörəkləri
Turş çəhrayı kələm: 100 q turş kələmi 2 ç.q çuğundur şirəsi ilə qarışdırıb, üstünə 1 x.q günəbaxan yağı və balaca soğanın 1/3 hissəsini tökmək. Çuğundur şirəsi əvəzinə 3 x.q çuğundur horrası və 1 x.q quşüzümü əlavə etmək olar.
Turş kələmlə alma: 100 q turş kələmə orta həcmli anton almasının parasını, 1 x.q günəbaxan yağı, yarım balaca soğan qarışdırın.
Bayram süfrəsi üçün turş kələm: 100q kələmi xırda doğramaq, onu yarım alma, 1 x.q günəbaxan yağı, yarım baş soğan, 1 çimdik döyülmüş zirə, 1 limonun şirəsi (yaxud 1 x.q quşüzümü şirəsi), 1 x.q balla qarışdırmaq, bir neçə saat nəzarət altında saxlamaq.
Turş kələmlə kartof: 125 q kələmi 100 q kartofla və yarım baş soğanla qarışdırmaq, üstünə 1,5 xörək qaşığı günəbaxan yağı tökmək. Katof əvəzinə yer alması da işlətmək olar. 1-2 xörək qaşığı quşüzümü yaxud nərsin (brusnika) da əlavə etmək olar.
Turpla quşüzümü şirəsi: 60 q turpu xırda doğramaq, 2 xörək qaşığı günəbaxan yağı və 1-2 xörək qaşığı quşüzümü şirəsi əlavə etmək. Yarım saat saxlamaq.
Qıtıqotu kökü, yaxud turpla salat: Bir böyük qıtıqotu kökünü və orta həcmli kərəvizin kökünü (60 q) qarışdırmaq, 1 çay qaşığı qıtıqotu və qozun birgə horrasını əlavə etmək. Qıtıqotu əvəzinə 1 xörək qaşığı turp da işlətmək olar.
Turpla qatıq: 60 q turp horrasını 1 stəkan qatığa tökmək, bir saat yarımdan çox saxlamaq.
“Yanvarıc” salatı: Orta həcmli kökü sürtkəcdən keçirmək, 3 xörək qaşığı turş kələmlə (duza qoyulmuş nəzərdə tutulmur), 1 xörək qaşığı kələm şirəsi, 1 xörək qaşığı turp horrası ilə qarışdırmaq, 10 ədəd xırda doğranmış qoz, 2 çay qaşığı günəbaxan yağı və o qədər də quşüzümü şirəsi əlavə etmək, qarışdırmaq. Bunlara 30 q doğranmış kartof da əlavə etmək olar.
Təmizləyici qida: Damarları təmizləmək üçün 1 limonu qabığı ilə bərabər sürtkəcdən keçirmək, 1 baş sarımsağı əzib ona qarışdırmaq, üstünə 60 ml qaynamış su (soyuğunu) tökmək, 2-4 gün otaq temperaturunda saxlamaq, süzmək və hər gün 50 ml hesabı ilə ac qarına payız, qış və yaz aylarında içmək.
Orqanizmi möhkəmlədən qida: 300 q qoz ləpəsi, 300 q ərik qurusu və 300 q kişmiş götürmək, 2 limonla (qabıqlı) birlikdə ət maşınından keçirmək və 300 q balla qatışdırmaq, hər gün ac qarnına 1-2 çay qaşığı yemək. Artıq yemək olmaz, çünki quru meyvələr qozla yaxşı həzm olunmur. Belə qidanı soyuducuda saxlamaq lazımdır.
Tərəvəz və göyərtidən hazırlanan yaz qidaları
Zəncirotu (oduvançik) salatı: 3 xışma zəncirotu yarpağının özəyini xırda doğramaq, xırda doğranmış 10 qozun ləpəsi ilə qarışdırmaq, üstünə 1 xörək qaşığı bal və ya günəbaxan yağı tökmək. Qoz əvəzinə başqa əlavədən də istifadə etmək olar: 1 x.q günəbaxan yağını o qədər də quşüzümü şirəsi və 1 ç.q narın doğranmış soğanla qarışdırın. Quşüzümü şirəsini iki dəfə artıq həcmdə turş alma şirəsi ilə əvəz etmək olar.
Yaz salatı: Onu hazırlamaq üçün quzuqulağı, gicitkan, zəncirotu, mələk otu(snıt), dovşan kələmi (kislitsa) yığmaq, bunların 2-3 növünü doğramaq, kütləyə 3-4 qoz əlavə etmək, içində sarımsaq olan hər bir maye əlavə (podliva) ilə qarışdırmaq.
Aylıq turp və süd: Bir stəkan prostokvaşaya dörd yerə bölünmüş 15 ədəd aylıq turp qatmaq, üstünə 1 çay qaşığı şüyüd yaxud cəfəri doğramaq.
Ərşad Əzimzadə