Salatlar üçün əlavələr
Qoz mayonezi: Qozu (fındığı, badamı) döyərkən azca bitki yağı əlavə etmək, horraya döndərmək, yarım stəkan horranın üzərinə 2-3 x.q bitki yağı tökmək və çalmaq, üstünə limon yaxud quşüzümü şirəsi əlavə etmək. Hazırlanan kimi qəbul edin.
Vegeterianlar üçün mayonez: 1-2 çiy yumurta sarısını çalarkən ona tədricən 2-3 xörək qaşığı bitki yağı əlavə edin. Üstünə 1 çay qaşığı soğan, yaxud 1 xörək qaşığı kərəviz horrası, 1-2 xörək qaşığı limon və ya quşüzümü şirəsi tökün. Bu cür mayonezi turp, kök və 1-2 diş sarımsaqdan da hazırlamaq olar.
Mayonez əlavəsi: Eyni həcmdə limon, yaxud quşüzümü şirəsi ilə bitki yağını qarışdırmaq, bir qədər göy soğan, cəfəri əlavə edib, butulkada çalxalamaq. Hazırdır.
Qaymaq (smetan) əlavəsi: 1 limonun şirəsini 3 xörək qaşığı qaymaqla qarışdırmaq, 1 diş sarımsaq və yarım qaşıqdan az doğranmış soğan, 1x.q bitki yağı əlavə etmək. Çalxalamaq.
Tomat əlavəsi: Səkkiz hissə yağı 1 qaşıq limon şirəsi ilə qatışdırmaq, üstünə 4 hissə təzə pomidor şirəsi və hər kəsin zövqünə uyğun miqdarda kərəviz horrası tökmək.
“Provinsial” əlavəsi: Taxta qaşığı sağ əldə tutun. Yumurta sarısını çala-çala, sol əlinizdəki bitki yağını damcı-damcı onun üstünə tökün. Məhlul qatılaşdıqda yarım stəkan limon şirəsi əlavə edin. Limon şirəsini bitki yağı ilə ara verərək, dəyişə-dəyişə tökmək lazımdır.
Ərşad Əzimzadə